Tərtər çayının sahilində 2 ədəd təlim məqsədli tank əleyhinə mina aşkar olunub - FOTO=4
Bu xəbəri paylaş
Aprelin 18-də saat 15:54-də Daxili İşlər Nazirliyinin ″102″ Xidməti-Zəng mərkəzi sistemindən Agentliyə Tərtər rayonu, Tərtər çayının sahilində 2 ədəd minanın tapılması barədə məlumat daxil olub.
Ərazilərin Minalardan Təmizlənməsi üzrə Milli Agentlikdən bildiriblər ki, məlumata əsasən Agentliyin xüsusi mobil çevik əməliyyat qrupu, Daxili İşlər Nazirliyinin Tərtər rayon Polis Şöbəsinin və Səhiyyə Nazirliyinin Tərtər Rayon Mərkəzi Xəstəxanasının əməkdaşları dərhal həmin əraziyə göndərilib.
Agentliyin mütəxəssisləri və Tərtər rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən həmin əraziyə baxış keçirilib. Təhlükəsizliyi təmin etmək məqsədilə ərazi polislər tərəfindən mühasirəyə alınıb. Agentliyin mütəxəssisləri tərəfindən aparılan təcili təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində 2 ədəd təlim məqsədli tank əleyhinə mina (TM-62M) aşkar olunub, götürülərək Agentliyin mərkəzi məhvetmə ərazisinə daşınıb.
Minaların ətrafında 150 kvadratmetr əraziyə yerüstü, 30 kvadratmetr əraziyə isə yeraltı baxış keçirilib, heç bir təhlükəli əşya və qurğu aşkarlanmayıb.
Bu xəbəri paylaş



