Bakı Baş Gömrük İdarəsinin əməkdaşları aztəminatlı ailələrə yardım ediblər - - VİDEO

Bakı Baş Gömrük İdarəsinin əməkdaşları aztəminatlı ailələrə yardım ediblər - VİDEO

Koronavirus (Covid-19) infeksiyasının ölkəmizdə yayılmasının qarşısının alınması istiqamətində həyəta keçirilən zəruri və təxirəsalınmaz tədbirlərin uğurla reallaşdırılmasında Dövlət Gömrük Komitəsi də bütün səylərini səfərbər edib.

Eyni zamanda, Komitənin strukturuna daxil olan qurumlar tərəfindən aztəminatlı ailələrə və yaşı 65-dən yuxarı olan şəxslərə yardımlar edilir.

Növbəti aksiya Bakı Baş Gömrük İdarəsi tərəfindən təşkil olunub. Baş İdarənin əməkdaşları 100-dən çox ailəyə baş çəkərək onlara gündəlik qida məhsullarından ibarət ərzaq sovqatı paylayıb, ailələrlə profilaktik söhbətlər aparıb, onlara evdə qalmağı tövsiyə ediblər.

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !