Hacıqabulda Mercedes markalı avtomobildə pul və qızıl qolbaq oğurlanıb -

Hacıqabulda “Mercedes” markalı avtomobildə pul və qızıl qolbaq oğurlanıb

Hacıqabulda oğurluqla məşğul olan şəxs tutulub.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən bildiriblər ki, Hacıqabul şəhəri ərazisində “Mercedes” markalı avtomobildən 250 manat pul və qızıl qolbaq oğurlamaqda şübhəli bilinən, əvvəllər məhkum olunmuş E.Zərbəliyev rayon polis şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində saxlanılıb.
Oğurluq etdiyinə görə tutulmuş N.Əliyevin isə ətrafında Xəzər Rayon Polis İdarəsinin 1-ci Polis Şöbəsinin əməkdaşları tərəfindən aparılmış əməliyyat tədbirləri ilə onun rayon ərazisində 2 evdən pul, suqızdırıcısı və məişət əşyaları, bir həyətyanı sahədən isə velosiped oğurlaması da müəyyən edilib.
Hər iki faktla bağlı araşdırma aparılır.

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !