Britaniyanın Səhiyyə naziri də koronavirusa yoluxdu
Bu xəbəri paylaş
Böyük Britaniyanın Səhiyyə naziri Matt Hankok koronavirusa yoluxub.
Sky News-un verdiyi xəbərə görə, Səhiyyə nazirinin COVID-19 testi pozitiv çıxıb.
Qeyd edək ki, bundan bir neçə saat öncə Britaniyanın Baş Naziri Boris Consonun da koronavirusa yoluxduğu açıqlanıb. Britaniya Şahzadəsi Çarlz da koronavirusa yoluxanlar arasındadır.
Bu xəbəri paylaş
Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən www.AZpress.AZ saytına istinad zəruridir !