Muxtar respublikada dezinfeksiya işləri davam etdirilir - -FOTO=3

Muxtar respublikada dezinfeksiya işləri davam etdirilir -FOTO=3

Naxçıvan şəhərində fəaliyyət göstərən və əhalinin daha çox istifadə etdiyi yerlərdə yoluxucu xəstəliklərə qarşı dezinfeksiya işləri aparılır.
Naxçıvan bürosu xəbər verir ki, Naxçıvan şəhərində sahibkarların təşəbbüsü ilə ticarət obyektlərində və mağazalarda dezinfeksiya işləri aparılır, qabaqlayıcı tədbirlər görülür.
Oyun zallarında da dərmanlama işləri həyata keçirilir, buralar xüsusi məhlulla dezinfeksiya olunur.
Naxçıvan şəhərindəki diş kabinələrində də dezinfeksiya işləri aparılıb. Kabinə otaqları və girəcəklər xloramin və xlorlu əhənglə dezinfeksiya olunub.
Qeyd edək ki, bu tədbirlərin həyata keçirilməsində məqsəd əhalinin sağlamlığını qorumaq və yoluxucu xəstəliklərin qarşısını əvvəlcədən almaqdır. Muxtar respublikada sanitar-epidemioloji tədbirlər davam etdiriləcək. AZƏRTAC 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !