Milli QHT Forumunun Koronovirusla əlaqədar ölkə ictimaiyyətinə MÜRACİƏTİ
Bu xəbəri paylaş
Azərbaycan Milli QHT Forumunun
Koronovirusla əlaqədar ölkə ictimaiyyətinə
MÜRACİƏTİ
Əziz həmvətənlər!
Dəyərli soydaşlar!
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin milli təhlükəsizlik strategiyası və qəbul etdiyi operativ qərarlar ölkəmizdə koronovirus epidemiyasının tüğyan edilməsinin qarşısını aldı. Respublika Nazirlər Kabineti yanında Operativ Qərargahın yaradılması, xarici ölkələrə bir çox aviareyslərin ləvğ edilməsi, ölkə sərhədlərinin bağlanması, təhsil müəssisələrinin və bir çox dövlət qurumlarının fəaliyyətlərinin dayandırılması pandemiyanın yayılmasının qarşısının alınması və yayılmasının minimuma endirilməsi istiqamətində həyata keçirilən praqmatik addımlardır.
Bir neçə gün öncə Prezident İlham Əliyevin sərəncamı ilə “Azərbaycan Respublikası əhalisinin sağlamlığının qorunması və koronavirus infeksiyasına qarşı mübarizənin gücləndirilməsi ilə bağlı tədbirlər haqqında” Fərmanına əsasən Koronavirusla Mübarizəyə Dəstək Fondu yaradılması ölkə ictimaiyyəti tərəfindən rəğbətlə qarşılanır və yüksək dəyərləndirilir. Biz də MQF olaraq əhalini dövlətin və Operativ Qərargahın bütün tələb və cağırışlarına əməl etməyə çağırırıq.
MQF rəhbərliyi koronavirusla əlaqədar yaranmış vəziyyəti ilk gündən diqqəttə saxlamış, müvafiq müzakirələr aparmış, Nazirlər Kabineti yanında Operativ Qərargahlaintensiv əlaqə saxlamışdır. MQF prezidentinin təşəbbüsü, MQF İdarə Heyətinin qərarı ilə MQF Koronavirusla Mübarizə Qərargahı yaradılmışdır. Bununla yanaşı, hər bir MQF üzvü olan QHT rəhbərinə Koronavirusla Mübarizə Fonduna maddi yardım göstərmək tövsiyə olunmuşdur. İnanırıq ki, xalq-dövlət- prezident birliyi ölkəmizin bu bəladan xilas olmasının yeganə yoludur, ölkə prezidentinin dediyi kimi, - "Biz birlikdə güclüyük"!

Hörmətlə,
Rauf Zeyni
MQF-nin prezidenti
Bu xəbəri paylaş
Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən www.AZpress.AZ saytına istinad zəruridir !