ABŞ-dan koronavirusla mübarizədə əhaliyə - Fantastik yardım
Bu xəbəri paylaş
ABŞ hakimiyyəti koronavirus infeksiyası COVID-19-nın yayılması ilə əlaqədar təxminən 6 trilyon dollara yaxın maliyyə vəsaiti ayırmaq niyyətindədir.
Bu barədə “CBS News” ABŞ Prezidentinin iqtisadi məsələlər üzrə müşaviri Larri Kudlouya istinadən məlumat yayıb.
Onun sözlərinə görə, bu məbləğin 2 trilyon dolları vətəndaşlara birbaşa yardım şəklində ayrılacaq, ABŞ Federal Ehtiyatlar Sistemindən veriləcək kreditlər isə 4 trilyon dollara yaxın olacaq.
Kudlou qeyd edib ki, bu məbləğ ABŞ tarixində Amerika əhalisinin geniş təbəqələrinə nağd pul və kredit şəklində ediləcək ən böyük maliyyə yardımı paketi olacaq.
Bu xəbəri paylaş
Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən www.AZpress.AZ saytına istinad zəruridir !