Uşaqlara vurulan bir neçə peyvənd bir inyeksiya ilə əvəzlənə bilər -

Uşaqlara vurulan bir neçə peyvənd bir inyeksiya ilə əvəzlənə bilər

ABŞ tədqiqatçılarının inkişaf etdirdyi texnologiya uşaqlara peyvəndlərin bir inyeksiya ilə vurulmasını mümkün edə bilər.
Təklif edilən yeni üsulda vaksinlər mikroskopik kapsullarda saxlanılır və ilkin doza boşaldıqdan sonra, növbəti dozalar vaxtaşırı bədənə yeridilir.
Bu üsul siçanlar üzərində sınaqdan keçirilib. Araşdırma Science jurnalında təsvir edilib.
Tədqiqatçıların təbirincə, yeni üsul bütün dünya boyu pasiyentlərə kömək etməlidir.
Uşaqlara peyvənd vurulması həmişə çığır-bağır və göz yaşları ilə müşahidə olunur.
Belə peyvəndlərin sayı isə kifayət qədərdir:
Difteriya, vegəsirə (tetanus), göy öskürək, uşaq iflici, B tipli hemofiliya və hepatit B-yə qarşı peyvəndlər körpənin 8, 12 və 16-cı həftələrində vurulur.
Pnevmokoka qarşı peyvənd 8 və 16-cı həftədə və 1 yaşında vurulur.
IIB tipli çoxnövlü endokrin neoplaziyası (Men-IIB) peyvəndi 8 və 16-cı həftədə və 1 yaşda vurulur;
Hib/MenC peyvəndi 1 yaşında vurulur.
Qızılca, məxmərək və parotidə qarşı peyvənd 1 yaş və 3 yaş 4 ayda vurulur.
Massachusetts Texnologiya Institutu vahid inyeksiya texnologiyasını yeni tipli mikro-hissəciklər əsasında işləyib hazırlayıb.
Hissəciklər, görünüşü ilə miniatür qəhvə fincanını xatırladır və həmin "fincan" vaksinlə doldurulub.
Fincan elə hazırlanıb kı, o, lazım olan anda əvvəlcədən müəyyən edilmiş həcmdə vaksin dozasını orqanizmə ötürür.
Siçanlara vurulmuş inyeksiyalar "fincanın" içindəkinin inyeksiya vurulduqdan 9, 20 və 41 gün sonra boşaldığını göstərib.
Tədqiqatçılar bundan daha uzun müddət ərzində işləyən inyeksiya nümunələri üzərində iş aparırlar.
Belə ki, yüz günlərlə işləyə bilən peyvənd nümunələri artıq əldə olunub
Bu texnologiya hələlik insan üzərində sınaqdan keçirilməyib.
bbc.com 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !