Əlil uşaqları övladlığa götürənlərə güzəştlər ediləcək - - RƏSMİ

Əlil uşaqları övladlığa götürənlərə güzəştlər ediləcək - RƏSMİ

“Sağlamlıq imkanları məhdud uşaqların övladlığagötürülməsi ilə bağlı stimullaşdırıcı güzəştlər tətbiq ediləcək”.
AZpress.AZ “report”a istinadla xəbər verir ki, bunu Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin müavini Anar Kərimov deyib.
Onun sözlərinə görə, gələcəkdə həmin uşaqların təhsil haqlarında güzəştlər nəzərdə tutulur: “Valideynlər üçün Əmək Məcəlləsinə uyğun güzəştlər, vergi güzəştləri də gündəmdə var. Bundan əlavə, onlara aylıq müavinətlər də ayrılmasını istəyirik. Yəni bir çox sahələr üzrə istər uşağın özünə, istərsə də valideyn namizədə güzəştlər və dəstəkverici mexanizmlər nəzərdə tutulur”.
A.Kərimov bildirib ki, övladlığagötürülmə üçün münasib olan təxminən 40 uşağın yarısı sağlamlıq imkanları məhdud olanlardır: “Təəssüf ki, valideyn namizədlər daha çox sağlam uşaqları övladlığa götürmək istəyirlər”. 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !