“Tarix dünənimiz” abidələr bu günümüzdür” layihəsi...
Bu xəbəri paylaş
“Tarix dünənimiz” abidələr bu günümüzdür” layihəsinin təlimləri çərçivəsində
gənclər arasında tarixi-memarlıq abidələrimizin tanıdılması və təbliğinə başlanılıb.
Azərbaycan Respublikasının Gənclər Fondunun 13-cü qrant müsabiqəsinin qaliblərindən
biri olan Nuranə İbrahimovanın “Tarix dünənimiz, abidələr bu günümüzdür” layihəsinin açılışı
və ilk təlimi baş tutub. “Mingəçevir Gənclər Evi” Sosial Xidmət Müəssisəsində baş tutan təlimdə
layihə rəhbəri Nuranə İbrahimova iştirakçılara layihənin məqsəd və vəzifələri ilə bağlı məlumat
verib. “Keçmişini bilməyənin gələcəyi olmaz”- deyən layihə rəhbəri bu gün xüsusilə yeniyetmə
və gənclər arasında tarixi-mədəni irsimizin tanıdılması və təbliğinə ehtiyac olduğunu bildirib və
iştirakçılara uğurlar arzulayıb.
Təlimin ilk günü iştirakçılar abidələrin növləri, onları bir-birindən fərqləndirən
xüsusiyyətlərlə bağlı məlumat əldə edib. Tarixi abidələrimizi qorumağın zəruriliyi mövzusunda
fikir mübadiləsi aparıblar. Zəngin tarixi keçmişə malik olan Azərbaycanda mövcud olan tarixi-
memarlıq abidələrinə nəzər salan iştirakçılar daha sonra komandalara bölünüb, verilən tapşırığa
əsasən müxtəlif abidələr araşdırıb, onların yaranmasının məqsədi və onları oxşar abidələrdən
fərqləndirən xüsusiyyətləri qeyd ediblər.
Bu xəbəri paylaş






