“Gələcəyin birİNCİləri” intellektual oyunu layihəsi Masallı rayonunda baş tutdu.
Bu xəbəri paylaş
12 fevral 2020-ci il tarixində Azərbaycan Respublikasının Gənclər Fondunun maliyyə dəstəyi ilə “Gələcəyin birİNCİləri” intellektual oyunu layihəsi Masallı rayonunda baş tutdu. Masallı rayonununda 16-29 yaş qruplarında gənclərdən ibarət 7 komanda və hər komanda üzrə 6 nəfər təmsil olunmuşdur.
Yarışmanın açılışını giriş sözü ilə başlayan “Gələcəyin birİNCİləri” intellektual oyunu layihəsinin rəhbəri Famil Məmmədov Azərbaycan Respublikasının Gənclər Fondu, layihə və layihənin məqsədləri haqqında komanda üzvlərini məlumatlandırmış və iştirakçıları yarışmada fəal olmağa çağırmışdır. Masallı rayon Gənclər və İdman İdarəsinin aparıcı məsləhətçisi Mehman Zahidov, dövlətin gənclər siyasəti, gənclərin hərtərəfli inkişafı üçün yaradılmış infrastrukturla bağlı məlumatları iştirakçıların diqqətinə çatdırmış və yarışmanın işinə uğurlar arzulamışdır. Daha sonra söz yarışın aparıcısı Zamin Ağazadəyə verilib. O öz növbəsində qaydalarını iştirakçılara izah etmiş, komandaların adlarını dəqiqləşdirdikdən sonra yarışmanın başlanmasını elan etmişdir.
Yarışmanın nəticələrinə əsasən ilk 3 yeri qazanmış komandların hər bir üzvünə təşkilat komitəsi tərəfindən diplomla verilmişdir.
Məlumat üçün qeyd edək ki, bundan öncə layihənin 3 intellektual oyunu Lənkəran, Astara və Lerik rayonlarında baş tutmuşdur.
Layihənin həyata keçirilməsində əsas məqsəd gənclərin asudə vaxtını səmərəli keçirmək və onları bu cür intellektual oyunlara cəlb etməkdir.
#AzGF #gələcəyinbirİNCİləri #gələcəyimİz #intellektualoyun #Masallı #youthfoundation
Bu xəbəri paylaş





