"Azərbaycan Skautlarının hərbi yaddaşı" - Şəmkir FOTO=7
Bu xəbəri paylaş
Azərbaycan Respublikası Gənclər Fondunun elan etdiyi 13-cü qrant müsabiqəsi çərçivəsində qalib olmuş "Azərbaycan Skautlarının hərbi yaddaşı" layihəsinin ilkin tədbiri 26 yanvar 2020-ci ildə Şəmkir rayonunda baş tutmuşdur.
Şəmkir Gənclərinin İnkişaf və Karyera Mərkəzində fəaliyyət göstərən Azərbaycan Skautlar Assosiasiyasının ofisində baş tutan tədbir Azərbaycan Respublikanın Dövlət Himninin səsləndirilməsi ilə başlamış,iştirakçılara Azərbaycan Respublikası Gənclər Fondu,Azərbaycan Skautlar Assosiasiyası və layihə haqqında məlumat verilmiş,layihənin məqsədi,əldə etdiyi nəticələr iştirakçıların nəzərinə çatdırılmışdır.
Oyunlar,qrup işləri ilə davam edən tədbirdə təlimçi Fərman Məmmədov tərəfindən "Vikipediya və sosial mediada tanıtım yolları" adlı təlim keçirilmiş,Vikipediya,axtarış,haqqında biliklər,Azərbaycan həqiqətlərinin dünyaya çatdırılmasında sosial mediyanın gücü haqqında mülahizələr iştirakçıların diqqətinə çatdırılmışdır.
Belə ki,iştirakçılar Şəmkir qalası,Qız qalası,Şuşa qalası,Mömünəxatun türbəsi,Koroğlu qalası,Şəki xan sarayı adlı qruplara bölünmüş,Azərbaycan coğrafiyasını əks etdirən adlar iştirakçılar tərəfindən seçdikdən sonra hər bir qrupa vikipediyadan axtarış aparmaqla şəhid olmuş hərbiçilərimiz haqqında çıxışların hazırlanması tapşırılmışdır. Qruplar mövzular üzrə təqdimatlar keçirmiş,sonra onların hər birinə iştiraklarını təsdiqləyən sertifikatlar təqdim olunmuşdur.
Qeyd edək ki, "Azərbaycan Skautlarının hərbi yaddaşı" layihəsinin növbəti tədbirləri Lənkəran və Xaçmazda keçirilməsi və "Azərbaycan hərbiçiləri və skautları" kitabçasının ingiliscə çap olunması planlaşdırılır.
Bu xəbəri paylaş






