Gənclər təşkilatı Qədim Milli Xalq İdman Oyunlarının gənclər arasında təbliği mövzusunda 2-ci təlimini Horadiz qəsəbəsində keçirdı - (+FOTO=3)

Gənclər təşkilatı “Qədim Milli Xalq İdman Oyunlarının gənclər arasında təbliği” mövzusunda 2-ci təlimini Horadiz qəsəbəsində keçirdı (+FOTO=3)

 AZpress.AZ xəbər verir ki, “Yaradıcı Gənclərə Dəstək” İctimai Birliyi Azərbaycan Respublikasının Gənclər Fondunun maliyyə dəstəyi ilə ikinci təlimini 23 noyabr 2019-cu il tarixində Füzuli rayonunun Horadız qəsəbəsində keçirdi.

Horadız qəsəbəsində keçirilən təlimdə Rayon Gənclər və İdman idarəsinin gənclərlə iş sahəsi üzrə baş məsləhətçisi Məhərrəmov Elnur Əli oğlu, idman sahəsi üzrə məsləhətçisi Quliyev Ramiz Kərəm oğlu və 32 nəfər gənc iştirak etmişdir.

Tədbiri Füzuli Rayon Gənclər və İdman idarəsinin idman sahəsi üzrə məsləhətçisi Quliyev Ramiz Kərəm oğlu açaraq, bildirdi ki, tarixi çox qədimlərə gedən, xalqımızın müxtəlif dövrlərdə adət-ənənələrini özündə yaşadan bu oyunların bəziləri nəsildən-nəslə keçərək bu günümüzədək gəlib çıxmışdır. Bu oyunlara Zorxananı, Alpaqutu, Milli güləşi misal göstərmək olar. Bu oyunlar üzrə Avropa və Dünya çempionatları keçirilir. Dirədöymə, Xıy-xıy, Çalağançardagı, Nərd və Çövkən üzrə Respublika yarışları təşkil edilir.

Bunlarla yanaşı bəzi oyunlar artıq unudulmaq üzrədir. Onun üçun də qədim xalq idman oyunlarımızı dərindən öyrənib və gənclər arasında təbliğ etmək lazımdır. Bu məqsədlə bölgələrdə idmançı gənclər arasında bu cür təlimlərin keçirilməsini tədqirəlayiq hal kimi qiymətləndirirəm və hesab edirəm ki, xalqımızın milli dəyərlərinin bir hissəsi olan bu oyunları yaşatmalıyıq.

Sonda söz təlimçiyə verildi. Layihənin təlimçisi Rasif Qaçayev tədbir iştirakçılarına Milli Xalq İdma Oyunları haqqında geniş məlumat verdi.

Tədbirdə iştirak edən gəncləri maarifləndirmək məqsədilə onlara buklet paylanıldı, üzərində Fondun və Birliyin loqoları əks olunan köynəklər verildi. İştirakçılar sorğu anketlərində olan sualları cavablandırdılar. Tədbirin sonunda gənclərə sertifikatlar paylanıldı.

 

 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !