İDMAN YENİLİKLƏRİ Intiqam (AZpress.AZ)
Bu xəbəri paylaş
FUTZAL
"Araz" "EKOL"u udmaqla mövqeyini daha da möhkəmləndirib
Futzal üzrə Azərbaycan çempionatının yüksək liqasında 8-ci turun oyunları keçirilib. Məkazi oyunu 7 turdan sonra yarış cədvəlində 1-ci və 2-ci yeri tutan "Araz"la (21 xal) "EKOL" (18 xal) qarşılaşması olan tura "Xızı Futzal" - "Neftçi" görüşü ilə start verilib. Maraqlıdır ki, ən çox qol vurulan da elə ilk oyun olub. Belə ki, qarşılaşmanın birinci hissəsində "Neftçi"nin 4 qoluna qarşı "Xızı Futzal" yalnız bir qolla cavab verə bilib. İkinci hissə daha da məhsuldar olub. Birinci hissədə yalnız 1 dəfə fərqlənən "Xızı Futaz" ikinci yarıda 4 dəfə qol sevinci yaşayıb. Lakin Hacıbala Abdullazadənin yetirmələri "Xızı Futzal"ın bu qollarını heç də cavabsız qoymayıb. Rəqibi daha 5 dəfə cəzalandıran "Neftçi" 9:5 hesablı qələbə qazanmaqla turnir cədvəlində ikinci pilləyə uüksəlib. Turun mərəzi matçında isə "Araz" 3:1 hesablı qələbəyə nail olub ki, bu da braziliyalı mütəxəssis Joze Alesionun çempion komandasına yarış cədvəlindəki mövqeyini bir qədər də möhkəmləndirmək imkanı verib. "EKOL" isə 2-ci yerdən 3-cü pilləyə düşüb.
Turun digər oyunlarənda aşağıdakı nəticələr qeydə alınıb:
"Premier" (Quba) - "Marafon" - 3:9
"BAKI TFK" - "Rekord" - 3:4
"Yasamal" İSK - "Baki Fire" - 1:4.
Nəvbəti turun (9-cu) oyunları noyabrın 28-də keçiriləcək. Həmin gün bu qarşılaşmalar olacaq.:
"Marafon" FK - "Yasamal" İSK
"nEFTÇİ" - "pREMİER"
"Baku Fire" - "Bakı TFK"
"EKOL" - "Xızı Futzal"
"Rekord" - "Araz"
8 turdan sonra komandaların yarış cədvəlində vəziyyət belədir:
1. Araz - 24 xal, 2-3. Neftçi, EKOL - HƏRƏYƏ 18 XAL, 4. Baku Fire - 15 xal, 5-6. Premier, Marafon - hərəya 12 xal, 7-9. Rekord, Bakı TFK, Xızı Futzal - hərəyə 6 xal, 10. Yasamal İSK - 0 xal.
Bombardirlər: Ağalarov (Premier) - 16 qol, Bağırov (Araz), Camali (Rekord) - hərəyə 13 qol.
***
BASKETBOL
"Atom" "Zirvə"ni "dağıtdı"
Cədvəldə 3 hakimiyyətlilik yarandı
Kişi basketbolçulardan ibarət klubların mübarizə apardığı Azərbaycan Super Liqasında sayca 7-ci turun oyunları keçirilib. Turun nəticəsindən asılı olaraq, yarış cədvəlində 3 hakimiyyətlilik yaranıb. Bu tura qədər "Zirvə"nin tək oturduğu zirvəyə onun daha 2 şəriki qalxıb. Buna səbəb isə hesabat turunda ortabablardan olan "Atom"un "Zirvəni" "dağıtması" olub. "Zirvə"nin 89:95 hesabla uduzmasından "Atletik"lə "Gəncə" maksimum yararlanıb. "Atletik" "Sərkərdə"ni minimal hesabla - 75:74, "Gəncə" isə "80-lər"i 8 xal fərqiylə udub - 89:81. Turun daha bir matçında isə "Sıçrayış" "Xırdalan"ı 1 xal fərqiylə üstələya bilib - 59:58.
Hazırda komandaların turnir cədvəlindəki vəziyyət belədir:
Komanda | O | Q | M | T\F | X |
Zirvə | 5 | 5 | 0 | +116 | 10 |
Atletik | 6 | 4 | 2 | +20 | 10 |
Gəncə | 6 | 4 | 2 | -5 | 10 |
Atom | 5 | 4 | 1 | +74 | 9 |
Sərkərdə | 6 | 3 | 3 | +46 | 9 |
Sıçrayış | 6 | 2 | 4 | -121 | 8 |
Xırdalan | 6 | 1 | 5 | -2 | 7 |
80-lər | 6 | 0 | 6 | -128 | 6 |
*** KARATE
Ölkə çempionları bəllidir
"Tennis Kral"ı Federer F-1-n 6 qat çempionuna raketka göndərib
Hemlton tennisçi dostunu, idmançılar arasında həmişə özünə nümunə süçdiyi Fedreri cavabsız qoymayıb: "Rocerə minnətdaram. Buna görə ona çox sağ ol deyirəm. Mən bununla teniz oynamaqla özümü Federer kimi hiss edərəm, amma bunu "Formula-1 " azarkeşləri çətin qəbul edərlər" - Hemlton belə deyib.
İNTİQAM