"Sosial medianın inkişafında gənclərin iştirakı" adlı layihə həyata keçirib (+FOTO=9)
Bu xəbəri paylaş
AZpress.AZ xəbər verir ki, “Azərbaycan-Avropa Gənclərinin Əməkdaşlığı” ictimai birliyi Azərbaycan Gənclər Fondunun maliyyə dəstəyi iləŞəki, Qəbələ və Mingəçevir şəhərlərində “Sosial medianın inkişafında gənclərin iştirakı” adlı layihə həyata keçirib. Layihənin məqsədi region gənclərinin sosial medianını imkanlarından düzgün istifadə etməklə sosiallaşma, ictimai nəzarət mexanizmlərini aşılama və vətəndaşı cəmiyyətinin möhkəmləndirilməsi istiqamətində bilik və bacarıqlarının artırımasından ibarətdir. Bu xüsusda, hər region üzrə müvafiq Gənclər və İdman idarələrinin təşkilatı dəstəyi ilə tədbirlər təşkil edilmişdir. Tədbirlərdə gənclərə sosial medianın imkanları barədə müvafiq təlimlər keçirilmişdir.
“Facebook”, “Twitter” və digər sosial şəbəkələrin iş mexanizmləri, məlumat paylaşımı və sosial məsuliyyətin əsasları barədə gənclərə məlumat verilmişdir. Bundan əlavə gənclərə layihə çərçivəsində çap olunmuş müvafiq sertifikatlar və informativ bukletlər təqdim edilmişdir. Layihələr intraktiv formada keçirilmiş və sonda xatirə şəkili çəkilmişdir.
Bu xəbəri paylaş








