Yazıçı-jurnalist Adil Cəmilin 65 illik yubileyi münasibətilə tədbir
Bu xəbəri paylaş
AZpress.AZ xəbər verir ki, bu gün - oktyabrın 17-də Beynəlxalq Mətbuat Mərkəzində
Azərbaycan Mətbuat Şurasının təşkilatçılığı ilə yazıçı-jurnalist Adil Cəmilin 65 illik yubileyi münasibətilə tədbir keçirilir
***
Azərbaycan Mətbuat Şurası Ahıl Jurnalistlər Məclisinin təşkilatçılığı ilə Beynəlxalq Mətbuat Mərkəzində Əməkdar jurnalist, tədqiqatçı-alim, tanınmış şair Adil Cəmilin anadan olmasının 65 illiyinə həsr olunmuş yubiley mərasimi keçirilmişdir. Mərasimi açan Azərbaycan Mətbuat Şurasının sədri, millət vəkili Əflatun Amaşov Adil Cəmilin həyat və yaradıcılıq yolundan danışmış, mətbuatımızın inkişafında xidmətlərinə görə ona Azərbaycan Mətbuat Şurasının diplomunu təqdim etmişdir. Yubilyara Ahıl Jurnalistlər Məclisinin ənənəvi hədiyyəsi - qol saatı verilmişdir. Mərasim iştirakçılarından Məzahir Süleymanzadə, Sabir Rüstəmxanlı, Həbib Misirov, Nəsir Əhmədli, Əlövsət Ağalarov, Ramiz Məmmədzadə, İradə Aytel, Ramiz Əskər, Şəmsiyyə Kərimova, Ağacəfər Həsənli, Yusif Hüseyn, Elçin Məmmədli və başqaları çıxış edərək Adil Cəmilin yaradıcılıq xüsusiyyətlərindən, elmi tədqiqatlarından, tərcümə etdiyi əsərlərdən danışmışlar. Yubilyar göstərdikləri qayğı və diqqətə görə Azərbaycan Mətbuat Şurasına, Ahıl Jurnalistlər Məclisinə, mərasim iştirakçılarına minnətdarlığını bildirmişdir.
Bu xəbəri paylaş





























































































































