Qocalmağın qarşısını almağın sirri açıqlandı -

Qocalmağın qarşısını almağın sirri açıqlandı

 ABŞ-dakı Mayo Klinik sağlamlıq mərkəzi tərəfindən aparılan araşdırmada qocalıqda zəifləməyə səbəb olan hüceyrələri təsirsiz hala gətirən dərman kəşf edildiyi açıqlanıb.

Araşdırma zamanı iştirakçılara, adətən, xərçəngin müalicəsində istifadə olunan bir dərman verilib və üç gündən sonra bioloji yaşlanma hüceyrələrinin sayının azaldığı müşahidə olunub.

“Məqsəd yaşla əlaqəli xəstəlikləri təxirə salmaq, yavaşlatmaq və ya qarşısını almaqdır. İnsanların həyat keyfiyyətini yaxşılaşdırmağa çalışırıq. 90 yaşlı insanlar özünü 40 yaşında kimi hiss edirsə, bu, yaxşı bir şeydir”, - tədqiqatın mütəxəssisləri deyib.

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !