Bakı Uşaq Teatrının mövsüm bağlanışı...
Bu xəbəri paylaş
www.facebook.com/groups/250993438794052/
Bakı Uşaq Teatrı hər il teatr mövsümünün açılışı və bağlanışı zamanı iki tamaşa ilə ( böyüklər və uşaqlar üçün) çıxış edir.
Bu il teatrımız özünün 17-ci mövsümünün bağlanışı münasibətilə Teatr Xadimləri İttifaqının tamaşa zalında (Aktyorlar evı-Xaqani 16) balacalar üçün “Sehirli Tütək” (16 iyul saat 12:00-da), böyüklər üçün isə Gənclər və İdman Nazirliyinin sifarişilə hazırlanmış, insan alverinə qarşı mübarizəyə həsr olunmuş “Günahsız Günahkarlar” tamaşası (17 iyul saat 19:00-da) nümayiş olunacaq.
17 iyulda nümayiş olunacaq tamaşadan sonra il ərzində seçilən teatrın əməkdaşları və media nümayəndələri “Gümüş Körpə” medalyonu və fəxri fərmanla mükafatlandırılacaq.
Tədbirin işıqlandırılmasına köməklik göstərməyinizi xahiş edirik.
! © Müəllif hüquqları qorunur ! Məlumatdan istifadə etdikdə istinad mütləqdir ! Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir !!!
ŞƏRHLƏR :
( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİ. Məzmun və qramatik səhvlərə görə redaksiya məsuliyyət daşımır )