Bərdədə 28 May Respublika Günü münasibətilə tədbir-konsert təşkil edib - (+FOTOLAR)

Bərdədə 28 May Respublika Günü münasibətilə tədbir-konsert təşkil edib (+FOTOLAR)

Bərdə Regional Mədəniyyət idarəsinin tabeliyində olan Bərdə rayon Mədəniyyət Mərkəzi 28 May Respublika Günü münasibətilə tədbir-konsert təşkil edib.

Əvvəlcə tədbir iştirakçıları Bərdə Dövlət Rəsm qalereyasının qarşısında təşkil olunmuş sərgiyə baxış keçiriblər.

Daha sonra çıxış edən regional idarənin rəis müavini Validə Nabatova diqqətə çatdırıb ki,Azərbaycan tarixinin şanlı səhifələrindən olan, xalqımızın azadlıq mücadiləsinin məntiqi nəticəsi sayılan, müasir dövlətçilik tariximizdə önəmli yerə malik Azərbaycan Xalq Cümhuriyyəti özünün demokratik islahatları ilə müsəlman şərqinin mayakına çevrildi. 1918-ci il mayın 28-də elan edilən Cümhuriyyət cəmi 23 ay ömür sürməsinə baxmayaraq, böyük bir coğrafiyanın siyasi həyatında mühüm dəyişikliklərə təkan verdi.

O, vurğulayıb ki, həyata keçirilən tədbirlər milli dövlətçilik ənənələrinin bərpasına gətirib çıxardı. Qısa bir vaxt ərzində Azərbaycan Xalq Cümhuriyyətinin bütün dövlət atributları yaradıldı - Dövlət himni, üçrəngli Dövlət bayrağı, Dövlət gerbi, milli valyuta və s. Silahlı Qüvvələrin formalaşdırılması da çox mühüm əhəmiyyət daşıyırdı. Azərbaycan Xalq Cümhuriyyəti mövcud olduğu dövr ərzində təhsilin, səhiyyənin, mədəniyyətin, ədəbiyyat və incəsənətin inkişafı ilə bağlı son dərəcə əhəmiyyətli tədbirlər həyata keçirdi. Dövlətin əsas atributlarından olan dil məsələsinə xüsusi önəm verildi, Azərbaycan dili dövlət dili elan olundu.

Sonda Validə Nabatova qeyd edib ki, Azərbaycan Xalq Cümhuriyyətinin qurucularının xatirəsi bizim üçün əzizdir. Azərbaycan dövləti və Azərbaycan xalqı onların xatirəsini ehtiramla yaşadır. Bu gün Azərbaycan xalqı öz azadlıq ideallarının davamlılığına tam əmindir. Çünki ümummilli lider Heydər Əliyevin şah əsəri olan müstəqil Azərbaycan dövləti etibarlı əllərdədir. Azərbaycan Prezidenti İlham Əliyev müstəqilliyimizin sükanı arxasında inamla, qətiyyətli dayanıb!

Tədbir Bərdə rayon 2 nömrəli Uşaq musiqi məktəbinin bədii-özfəaliyyət dərnəyi tərəfindən hazırlanmış konsert proqramı ilə davam etdirilib. 

 

 

 

! © Müəllif hüquqları qorunur ! Məlumatdan istifadə etdikdə istinad mütləqdir ! Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir !!!  

ŞƏRHLƏR :

                              

( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİ. Məzmun və qramatik səhvlərə görə redaksiya məsuliyyət daşımır )

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !