Azərbaycan Xarici İşlər naziri Rusiyada dərc olunan Kommersant qəzetinə müsahibə verib -

Azərbaycan Xarici İşlər naziri Rusiyada dərc olunan “Kommersant” qəzetinə müsahibə verib

27 may tarixində Rusiyada nüfuzlu KİV-lərdən biri sayılan “Kommersant” (“КоммерсантЪ”) qəzetində Azərbaycan Respublikasının Xarici İşlər naziri Elmar Məmmədyarovun geniş müsahibəsi dərc edilib.

Müsahibədə nazir Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həll olunması kontekstində onun tarixçəsinə və nizamlanmasının beynəlxalq hüquqi çərçivəsinə bir daha nəzər salıb, hazırkı mərhələdə aparılan danışıqlar prosesindən Azərbaycan tərəfinin gözləntiləri barədə şərhlər verib, habelə Ermənistan və Azərbaycan cəmiyyətlərinin, ATƏT-in Minsk Qrupunun həmsədrlərinin çağırışlarına uyğun olaraq, sülhə hazırlanması üçün ilk növbədə atılmalı addımların məhz Ermənistanın təcavüz və işğalçılıq siyasətindən əl çəkməsi ilə əlaqədar olduğunu izah edib.

Müsahibə ilə aşağıdakı link üzrə taniş olmaq olar: 

 

www.kommersant.ru/doc/3982121

 

 

 

! © Müəllif hüquqları qorunur ! Məlumatdan istifadə etdikdə istinad mütləqdir ! Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir !!!  

ŞƏRHLƏR :

                              

( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİ. Məzmun və qramatik səhvlərə görə redaksiya məsuliyyət daşımır )

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !