Məktəblilər arasında Heydər Əliyev Müasir Azərbyacan Dövlətinin Qurucusudur adlı inşa yazı müsabiqəsi keçirilmişdir - (+FOTOLAR)

Məktəblilər arasında “Heydər Əliyev Müasir Azərbyacan Dövlətinin Qurucusudur” adlı inşa yazı müsabiqəsi keçirilmişdir (+FOTOLAR)

 AZpress.AZ xəbər verir ki, 23 aprel 2019-cu il tarixində Xətai Rayon İcra Hakimiyyəti, Yeni Azərbaycan Partiyasının Xətai Rayon Təşkilatı və rayon Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə Yeni Azərbaycan Partiyası Xətai Rayon Təşkilatının inzibati binasında rayon orta ümumtəhsil məktəblərinin şagirdləri arasında Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 96-cı ildönümü münasibətilə“Heydər Əliyev Müasir Azərbyacan Dövlətinin Qurucusudur” adlı inşa yazı müsabiqəsi keçirilmişdir.

Tədbirdə Yeni Azərbaycan Partiyası Xətai Rayon Təşkilatının təlimatçısı Əsmət Teymurova, rayon Gənclər və İdman İdarəsinin baş məsləhətçisi Elvin Orucov və aparıcı məsləhətçisi (gənclər sahəsi üzrə) Mamed Rzayev iştirak etmişlər.

Xətai rayon Gənclər və İdman İdarəsinin baş məsləhətçisi Elvin Orucov və Yeni Azərbaycan Partiyasının Xətai Rayon Təşkilatının təlimatçısı Əsmət Teymurovamüsabiqənin keçirilməsinin vacibliyini vurğuladılar. Onlar, Ümummilli lider Heydər Əliyev irsinin təbliği və qorunması istiqamətində həyata keçirilən tədbirləri xüsusi olaraq qeyd etdilər və bildirdilər ki, məktəblilər arasında bu cür müsabiqələrin keçirilməsi Ümummilli lider Heydər Əliyev irsinin daha dərindən öyrənilməsi baxımından xüsusi əhəmiyyət kəsb edir.İştirakçılar müsabiqənin əsasnaməsi ilə tanış olduqdan sonra məktəblilərə inşa yazı müsabiqəsi üçün hazırlanmış və kodlaşdırılmış xüsusi dəftərlər paylandı. Müsabiqəyə saat 10:00-da start verilmişdir. Müsabiqə 1 saat 30 dəqiqədavam etmişdir.

 

! © Müəllif hüquqları qorunur ! Məlumatdan istifadə etdikdə istinad mütləqdir ! Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir !!!  

ŞƏRHLƏR :

                              

( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİ. Məzmun və qramatik səhvlərə görə redaksiya məsuliyyət daşımır )

 

                          

 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !