Günəş ləkələrindən xilas olmağın yolu... -

Günəş ləkələrindən xilas olmağın yolu...

https://www.facebook.com/groups/2159698127577601/ 

 

Çay pilinqi ilə dəridəki ölü hüceyrələri təmizləyə bilərsiniz. Dəriniz sağlam görünməsini təmin edəcək. Mütəxəssislər dəriyə həftədə 1 və ya ayda 1 dəfə pilinq edilməsini tövsiyə edir. Pilinq ölü dəriləri, çirkləri və məsamələri təmizləyir. Ən təsirli üsullardan biridir. Çayın tərkibindəki B2, C və E vitaminləri sayəsində dərini təmizləyir. Dəridəki ləkələri, sızanaqları və qara nöqtələri qısa müddətə təmizləyəcək.

 


Lazım olanlar


 

1 yemək qaşığı qara çay

1/4 stəkan isti su

1 yemək qaşığı limon suyu

 

 

Hazırlanması

 

Əvvəlcə çayın üstünə isti su tökün və 2 dəqiqə qədər dəmlənməsini gözləyin. Sonra süzüb çay dənələrini kasaya qoyun. Üstünə limon və bal əlavə edin. Hazırlanan qarışımı bütün dəriyə çəkin. Gözlərinizdən ehtiyatlı olun. 5 dəqiqə gözlədikdə sonra dairəvi hərəkətlərlə təmizləyin.


Həmçinin aşağıdakı çay maskası ilə dərinizdə günəşlə əlaqəli yaranan ləkələri aradan qaldıra bilərsiniz. Bu maska dəridəki ləkələri aradan götürməyə kömək edəcək, məsamələri sıxlaşdıracaq.


- qara çay

- 1 ədəd banan

 

 

Hazırlanması:

 

Qara çayı dəmləyin. Dəmlənən çay süzüb, kənara qoyun. Üstünə bananı əzərək qarışdırın. Daha sonra məcun halına düşənə qədər qarışdırın. Üzünüzə çəkib 10 dəqiqə gözləyin, soyuq su ilə dərinizdən təmizləyin.

qadin.net

 

 

! © Müəllif hüquqları qorunur ! Məlumatdan istifadə etdikdə istinad mütləqdir ! Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir !!!  

ŞƏRHLƏR :

                              

( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİ. Məzmun və qramatik səhvlərə görə redaksiya məsuliyyət daşımır )

 

 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !