BMA –DA TƏCRÜBƏÇİ-TƏLƏBƏ VƏ MƏKTƏB-STUDİYA ŞAGİRDLƏRİNİN BİRGƏ MƏRUZƏ-KONSERTİ KEÇİRİLDİ - (+FOTOLAR)

BMA –DA TƏCRÜBƏÇİ-TƏLƏBƏ VƏ MƏKTƏB-STUDİYA ŞAGİRDLƏRİNİN BİRGƏ MƏRUZƏ-KONSERTİ KEÇİRİLDİ (+FOTOLAR)

 AZpress.AZ xəbər verir ki, Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının Orta ixtisas musiqi məktəb-studiyası təcrübənin bütün növlərinin – pedaqoji, lektorluq, konsertmeysterlik, ifaçılıq – keçirilməsi üçün baza olaraq tələbələrin hərtərəfli mütəxəssis kimi formalaşmasında mühüm rol oynayır. Təcrübəçi-tələbələrin mütamadi olaraq açıq dərslər keçirməsi, konsertlərdə şagirdlərlə birgə çıxışları bunun bariz nümunəsidir.

15 aprel 2019-cu il tarixində Bakı Musiqi Akademiyasının Kiçik zalında “Musiqi nəzəriyyəsi” və “Konsertmeyster ustalığı” kafedralarının Məktəb-studiya ilə birgə hazırladığı Məruzə-konsert keçirildi.
Konsertdə Məktəb-studiyanın şagirdləri İsa Kələntərov, İlknur Zeynalov, Ziya Hüseynov, Məryəm Ələsgərova, Anjelik Şitterer, Elmir Hüseynov, Humay Nəbiyeva, Samuil Səlimov, Fatimə Zamanova, Rəşad Abdullayevin və onlara müşayiət edən “Konsertmeyster ustalığı” kafedrasının III kurs tələbələri Günel Allahverdiyeva, Nəzrin Abbaszadə, Gülnar İrşadi və Elxan Niftiyevin ifasında maraqlı musiqi çələngi səsləndi.

Xüsusi ilə qeyd etməliyik ki, hazırki məruzə-konsertdə hər bir əsərin səslənməsindən öncə dinləyicilərə əsərin bədii məzmununu açıqlayan maraqlı məlumatlarla zəngin olan geniş məruzə və verilən məlumatları əyani şəkildə nümayiş etdirən slayd təqdim olundu. Məruzələri BMA-da musiqişünaslıq və bəstəkarlıq ixtisasları üzrə təhsil alan I kurs tələbələri Zəhra Mamedova, Səma Nadirli, Ümidə Fətəliyeva, Raşeno Abdolazimzadeh, Mətanət Quliyeva, Səbinə Quliyeva, Nigar Kərimova, Səmra Qazıyeva, Hicran Məmmədli, Nigar Süleymanova və Gülnişan Nemətova “Musiqi nəzəriyyəsi” kafedrasında keçdikləri “Lektoluq təcrübəsi” çərçivəsində hazırlamışdılar.

Konsert proqramı öz rəngarəngliyi ilə seçilirdi. Dinləyicilərə klassik ənənəli musiqi ilə yanaşı XX əsrin kino və balet musiqisi də təqdim olundu. İfa zamanı məruzəçi-tələbələr tərəfindən hazırlanan videoçarxlar ifaya xüsusi rəng qatdı.

Tədbirin sonunda məruzəçi-tələbələrin rəhbəri, “Musiqi nəzəriyyəsi” kafedrasının dosenti Elmira Pənahova çıxış edərək kafedranın adından Məktəb-studiyanın rəhbərliyi, müəllimləri və şagirdlərinə öz minnətdarlığını bildirdi və konsertin təşkili zamanı görülən iş barədə ətraflı məlumat verdi. Sonda BMA-nın “Musiqi nəzəriyyəsi” kafedrasının müdiri, professor Könül Nəsirova və Məktəb-studiyanın direktoru professor Tərlan Seyidov lektorluq təcrübəsi çərçivəsində hazırlanan ilk birgə proyektin həyata keçirilməsində iştirak edən tələbə və şagirdləri uğurlu çıxışları münasibəti ilə təbrik etdi və bu kimi birgə layihələrin gələcəkdə də təşkil olunacağına ümidvar olduqlarını söylədilər.

Konsert tamaşaçılar tərəfindən böyük rəğbətlə qarşılandı.

 

! © Müəllif hüquqları qorunur ! Məlumatdan istifadə etdikdə istinad mütləqdir ! Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir !!!  

ŞƏRHLƏR :

                              

( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİ. Məzmun və qramatik səhvlərə görə redaksiya məsuliyyət daşımır )

 

                          

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !