Formula 1 yarışları ilə əlaqədar xidmət təşkilatı kimi Azərsu Açıq Səhmdar Cəmiyyətinin üzərinə mühüm vəzifələr düşür - (+FOTOLAR)

Formula 1 yarışları ilə əlaqədar xidmət təşkilatı kimi “Azərsu” Açıq Səhmdar Cəmiyyətinin üzərinə mühüm vəzifələr düşür (+FOTOLAR)

 AZpress.AZ xəbər verir ki, 26-28 aprel 2019-cu il tarixlərində Bakı şəhərində keçiriləcək növbəti Formula 1 yarışları ilə əlaqədar xidmət təşkilatı kimi “Azərsu” Açıq Səhmdar Cəmiyyətinin üzərinə mühüm vəzifələr düşür. Ölkəmizə xaricdən xeyli sayda qonağın gələcəyi nəzərə alınaraqidman və turizm obyektlərinin su və kanalizasiya sistemlərinin fəaliyyətinin dayanıqlığını təmin etmək istiqamətində işlər davam etdirilir.
Tədbirə yüksək səviyyədə hazırlaşmaq və qarşıya çıxa biləcək problemlərin operativ həlli məqsədi ilə “Azərsu” ASC-də komissiya yaradılıb, Tədbirlər Planı təsdiq edilib.

Tədbirlər Planına uyğun olaraq yarışların keçiriləcəyi ərazilərdə içməli su və kanalizasiya infrastrukturlarının normal fəaliyyətini təmin etmək və yarana biləcək qəza hallarının operativ aradan qaldırılması məqsədi ilə monitorinq və qiymətləndirmə işləri aparılıb. Yarışların keçiriləcəyi yerlərdə içməli su xətləri üzərində siyirtmələrin istismar vəziyyəti yoxlanılıb. Mexaniki vasitələrlə və xüsusi təmizləyici maşınlarla 8 km-dək kanalizasiya xətləri, 600-dək kanalizasiya quyusu və barmaqlıq təmizlənib.
Yarışların keçiriləcəyi günlərdə yarana biləcək qəza hallarının operativ aradan qaldırılması məqsədi ilə xüsusi briqadalar yaradılıb və dislokasiya yerləri müəyyən edilib. Qəza briqadalarının maşın və avadanlıqlarla, mal-materialla təmin olunması üçün zəruri tədbirlər görülüb.

Qəzaların aradan qaldırılması üzrə nümunəvi qəza-bərpa briqadaları üçün təlimlər keçirilib. Təlimlərdə “Azərsu” ASC-nin “Bakı Sukanal”, Səbail, Yasamal və Nəsimi sukanal idarələrinin 80-dək əməkdaşı iştirak edib.Təlimlərdə qəza hallarının operativ qaldırılması, əməyin təhlükəsizliyi və digər məsələlər barədə məlumatlar verilib. Təlimə cəlb olunan işçilər nəzəri biliklərlə yanaşı, praktiki məşqlərdə də iştirak edib.
Qeyd edək ki, yarışlarla əlaqədar idman və turizm obyektlərinin su təchizatı və kanalizasiya sistemlərinin fəaliyyətinə də nəzarət gücləndirilmişdir. Bu məqsədlə “Azərsu” ASC-nin mütəxəssisləri tərəfindən mütəmadi olaraq obyektlərin su təchizatı və kanalizasiya xətlərinə baxış keçirilir, aşkarlanmış nöqsan və çatışmazlıqların aradan qaldırılması istiqamətində tədbirlər görülür.

 

! © Müəllif hüquqları qorunur ! Məlumatdan istifadə etdikdə istinad mütləqdir ! Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir !!!  

ŞƏRHLƏR :

                              

( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİ. Məzmun və qramatik səhvlərə görə redaksiya məsuliyyət daşımır )

 

                          

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !