Qapını burax, alə, MAYGÜLİ! - - Kərim Kərimli xatırladı..

Qapını burax, alə, MAYGÜLİ! - Kərim Kərimli xatırladı..

https://www.facebook.com/groups/2159698127577601/ 

 

"MAYGÜLÜ MƏSƏLƏSİ"...
bir xatirəni yadıma saldı.
Tələbə vaxtı Bakıya gələndə metro ilə tez-tez ora-bura gedirdim. Həmişə də basdırıq olurdu. Qapılar çətinliklə bağlanırdı. Hər dəfə də mikrofonla elan edirdilər ki, məsələn, "3-cü vaqon... qapını burax". Bir dəfə də belə oldu. Nə qədər desələr də "filan vaqon, qapını burax", "hörmətli sərnişinlər, qapını buraxın", "qapını buraxın, qatarı gecikdirməyin"... xeyri olmadı. Kim idisə qapını buraxmaq istəmir, bağlanmasına imkan vermirdi.
Birdən maşinistin xırıltılı səsi gəldi:
- Qapını burax, alə, maygüli!!!
Qapılar dərhal şaqqıltı ilə bağlandı və vaqonu qəhqəhə bürüdü.
Hamı bir-birinə "bunu bayaqdan de dəə..." kimi sözlər deməyə başladı
...İndi, vallah, heç maygülü də pis deyildi.

 

 

 

! © Müəllif hüquqları qorunur ! Məlumatdan istifadə etdikdə istinad mütləqdir ! Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir !!!  

ŞƏRHLƏR :

                              

( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİ. Məzmun və qramatik səhvlərə görə redaksiya məsuliyyət daşımır )

 

 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !