Özbəkistanın Sevimli televiziya kanalında Azərbaycanla bağlı geniş videomaterial yayımlanıb - (+FOTOLAR)

Özbəkistanın “Sevimli” televiziya kanalında Azərbaycanla bağlı geniş videomaterial yayımlanıb (+FOTOLAR)

 AZpress.AZ xəbər verir ki, Özbəkistanin “Sevimli” televiziya kanalının “Zamon” proqramında Dilnoza Saidovanın Azərbaycanla bağlı geniş videomaterialı yayımlanıb.

Videomaterial bu yaxınlarda Daşkənddəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin təşəbbüsü ilə bir qrup özbək jurnalistinin Azərbaycana mediaturu çərçivəsində hazırlanıb.

Materialda Fəxri Xiyaban haqqında danışılır, bildirilir ki, burada Azərbaycanın tanınmış siyasət, elm, mədəniyyət, incəsənət xadimləri, ömrünü Vətənin inkişafı və çiçəklənməsinə həsr edən insanlar uyuyur.
Çəkiliş qrupu Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin məzarını ziiyarət edib. Jurnalist Heydər Əliyevin dünya şöhrətli böyük siyasi xadim olduğunu, Azərbaycanın inkişafı və dünyada tanıdılması üçün danılmaz xidmətlər göstərdiyini diqqətə çatdırır. Sonra çəkiliş qrupu tanınmış həkim Zərifə Əliyevanın qəbrini ziyarət edib, məzarına çiçək dəstələri düzüb.

Bildirilir ki, hər gün buraya əllərində çiçək dəstələri olan yüzlərlə insan gəlir.

Sonra onlar SSRİ xalq artistləri Bülbül, Rəşid Behbudov və Müslüm Maqomayevin, Özbəkistanda çox məşhur olan “Qaynana” filminin qəhrəmanı, Xalq artisti Nəsibə Zeynalovanın qəbirlərinə çiçək dəstələri qoyublar.

Çəkiliş qrupu Şəhidlər Xiyabanında da olub, 20 yanvar şəhidlərinin və Qarabağ müharibəsində Vətənin azadlığı və müstəqilliyi uğrunda canlarını fəda edən şəhidlərin məzarlarına çiçək dəstələri düzüblər.
Jurnalist Qəbələ, Qusar rayonlarına səfəri haqqında da söhbət açır, Şahdağ istirahət mərkəzində xizək sürür.

 

! © Müəllif hüquqları qorunur ! Məlumatdan istifadə etdikdə istinad mütləqdir ! Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir !!!  

ŞƏRHLƏR :

                              

( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİ. Məzmun və qramatik səhvlərə görə redaksiya məsuliyyət daşımır )

 

                          

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !