Vətəndaşlara müxtəlif cinsli ağac tingləri paylanılacaq - (+FOTOLAR)

Vətəndaşlara müxtəlif cinsli ağac tingləri paylanılacaq (+FOTOLAR)

 AZpress.AZ xəbər verir ki, ölkə rəhbərliyinin yeni yaşıllıqların salınması ilə bağlı tövsiyə və göstərişlərinə uyğun olaraq ağac əkilməsinin təşviqi məqsədilə Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən “Bu yaz özün bir təbiət yarat!” devizi altında keçirilənyaz ağacəkmə kampaniyası çərçivəsində vətəndaşlara müxtəlif cinsliağac tingləri paylanılacaq.

02-10 aprel 2019-cu il tarixlərində Bakıda və bölgələrdə keçiriləcək aksiyalarda vətəndaşlara müxtəlif cinsli ağac tinglərinin əkilməsi və qulluq göstərilməsi qaydalarına dair Nazirliyin mütəxəssisləri tərəfindən tövsiyələr veriləcək.

Ağac tinglərinin paylanılması aksiyası 02 aprel 2019-cu il tarixində Bakının Nəsimi rayonunda Koroğluparkının,Binəqədi rayonunda Zərifə Əliyevaparkının qarşısında saat 11:00-dan 13:00-dək,Yasamal rayonunda Azərsu parkının qarşısında saat 13:00-dan 15:00-dək, Gəncədə Kəpəz bələdiyyəsinin,Şəkidə isə Axundov bağının qarşısındasaat 11:00-dan 13:00-dək keçiriləcək.

Ekologiya və Təbii Sərvətlər Nazirliyi vətəndaşları aksiyalarda fəal iştirak etməyə, ağac əkməyə və qorumağa çağırır.

 

! © Müəllif hüquqları qorunur ! Məlumatdan istifadə etdikdə istinad mütləqdir ! Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir !!!  

ŞƏRHLƏR :

                              

( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİ. Məzmun və qramatik səhvlərə görə redaksiya məsuliyyət daşımır )

 

                          

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !