"Həsrətə son" F.Şubert “Qu Quşunun nəğməsi” (+FOTOLAR)
Bu xəbəri paylaş
AZpress.AZ xəbər verir ki, 27 mart 2019-cu il tarixində Müslüm Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasının kamera və orqan musiqisi zalında vocal kamera musiqisi axşamı keçirilib.
Konsertdə Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının müəllimi, Azərbaycan Respublikasının Əməkdar Artisti İlham Nəzərov və Günel Bəkirovanın ifasında F.Şubertin "Qu quşu" vokal məcmuəsi səslənib. Nəzərinizə çatdıraq ki, bu əsər kontratenorun ifasında dünyada ilk dəfə olaraq ifa edilib və bu bir dünya premyerasıdır.
"Qu quşu" vokal məcmuəsinə 14 mahnı daxildir. Məcmuəyə daxil olan mahnılar 1828 -ci ildə bəstəkarın ölümündən bir neçə ay öncə bəstələnmişdir və bəstəkarın həyatının son dövrünü dərinliyi və dramatikliyi ilə əks etdirir. Bəstəkarın ölümündən sonra yaxın dostları onun son mahnılarını bir məcmuədə toplamış və simvolik olaraq "Qu quşu" adlandırmışdırlar. Qu quşu burada nakamlığı əks etdirir.
Bütün dinləyicilər tərəfindən rəğbət hissi ilə qarşılanan konsert gur alqışlar ilə sona çatıb.
! © Müəllif hüquqları qorunur ! Məlumatdan istifadə etdikdə istinad mütləqdir ! Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir !!!
ŞƏRHLƏR :
( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİ. Məzmun və qramatik səhvlərə görə redaksiya məsuliyyət daşımır )
Bu xəbəri paylaş


