Gözünü açıb görürsən ki,...bir mənzilin 4-5 adaxlısı var - - Elçinin "dinc" durmayan dilindən

Gözünü açıb görürsən ki,...bir mənzilin 4-5 adaxlısı var - Elçinin "dinc" durmayan dilindən

https://www.facebook.com/groups/2159698127577601/ 

 

Mədəniyyət naziri Əbülfəs Qarayev “ASAN Radio”nun qonağı olarkən deyib: “Azərbaycanda yeni sirk binası inşa ediləcək.”


P.S.Hörmətli Əbülfəs müəllim, iqtisadiyyatımızın bu ağır vaxtında yeni sirk binasının tikintisinə nə ehtiyac var axı? Məgər Azərbaycan özü böyük bir sirk meydanı deyilmi? Bu meydanda elə tryuklar, fokslar göstərirlər ki, sirk artistləri onların yanında körpə uşaq kimi görünür. Məsələn, birdən nətəhər fil-filo edirlərsə, gözünü açıb görürsən ki, bahooo... “novastroyka”da bir mənzilin 4-5 adaxlısı var. Bundan sonra bir-birnə pul atmaq, illərlə yaşadığın evə, torpağa ədalətsiz məhkəmə qərarı ilə başqasının sahib olması, başqasının maşınını öz halal malı kimi banka girov qoyaraq babat pul götürmək sehrbazlığı və s. möcüzələri heç sırk meydanında da göstərmək mümkün deyil. “Tak şto” əlavə xərc çəkib, yeni sirk binası inşa etməyə ehtiyac yoxdur.

 

Elçin Məmmədli

 

 

 

! © Müəllif hüquqları qorunur ! Məlumatdan istifadə etdikdə istinad mütləqdir ! Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir !!!  

ŞƏRHLƏR :

                              

( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİ. Məzmun və qramatik səhvlərə görə redaksiya məsuliyyət daşımır )

 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !