“Vətən mənə oğul desə...” vətənpərvərlik mövzusunda inşa müsabiqəsinə yekun vuruldu
Bu xəbəri paylaş
AZpress.AZ xəbər verir ki, Bakı şəhər Mədəniyyət Baş İdarəsi Yasamal rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin (MKS) M.Ş.Vazeh adına Mərkəzi Kitabxanası “Vətən mənə oğul desə...” vətənpərvərlik mövzusunda inşa müsabiqəsi təşkil etmişdir.
Müsabiqədə Yasamal rayon 53 nömrəli tam orta məktəbin 6, 7, 8 və 9-cu sinif şagirdləri iştirak etdilər. Münsiflər heyətinin qərarına görə 9-cu sinif şagirdi Nilufər Şabanlı I yerə, Kəmalə Qafarova, 7-ci sinif şagirdləri Zöhrə Qəribova, Kənan Qədirli, 9-cu sinif şagirdi Kəmalə Qafarova II yerə, 7-ci sinif şagirdi Leyla Zeynalova, 9-cu sinif şagirdləri Əminə Məmmədova və Leysan Ağayeva III yerə layiq görülmüşlər. Bundan başqa, 6-cı sinif şagirdləri Kamilə İbrahimova, Əzizə Hüseynzadə, 7-ci sinif şagirdləri Təhminə Xəlilova, Səidə Rüstəmova, 8-ci sinif şagirdləri Leyla İmanova, Aliyə Ələkbərova, Melisa Bəhsədova, Fidan Tarverdiyeva və Nuray Cavadova təşəkkürnamələrlə təltif ediləcəklər.
İnşa müsabiqəsinin keçirilməsində məqsəd məktəblilərə vətənpərvərlik hisslərinin aşılamaq, onları Vətənə sevgi ruhunda böyütməkdir.
! © Müəllif hüquqları qorunur ! Məlumatdan istifadə etdikdə istinad mütləqdir ! Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir !!!
ŞƏRHLƏR :
( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİ. Məzmun və qramatik səhvlərə görə redaksiya məsuliyyət daşımır )