Üzeyir Cəfərov Diqlas TM-nin vəzifəli şəxsləri ilə cinayət əməlinə girən FHN qurumunu itiham etdi -

Üzeyir Cəfərov Diqlas TM-nin vəzifəli şəxsləri ilə cinayət əməlinə girən FHN qurumunu itiham etdi

https://www.facebook.com/groups/984665661568872/ 

 

Bu gün çox gərgin və əsəbi keçdi. Hər mənada. İstər paytaxt Bakıda, istərsə də cəbhə bölgəsində.
Bakıda Diqlas Ticarət Mərkəzində (TM) baş vermiş yanğın zamanı 100 minlərlə insan zərər gördü. Və bu hadisənin baş verməsinə görə, şəxsən mən ÇƏKİNMƏDƏN Fövqəladə Hallar Nazirliyini (FHN), onun tabeçiliyində olan Dövlət Yanğından Mühafizə Xidmətini (DYMX) BİRBAŞA günahlandırıram. Sözümün üstündə də dururam. Əgər adları çəkilən qurumlar Diqlas TM-nin vəzifəli şəxsləri ilə CİNAYƏT ƏMƏLİNƏ yol verməsəydilər, bu hadisədə bu qədər vətəndaşımız da maddi və mənəvi zərər görməzdi. Bəli, məhz CİNAYƏT ƏMƏLİNƏ yol verilib. Necə ola bilər ki, 1000-dən artıq mağaza və dükan, alış-veriş yeri olan məkanın YANĞINDAN mühafizə sistemi olmayıb və ya olubsa da, İŞLƏK vəziyyətdə olmayıb. Amma, Sizi inandırıram ki, hər ay, hər kvartal, oranın "pojarnik(lər)i" 1 saniyə belə gecikmədən gəlib, lazımı sənədləşmə işlərini aparıb, almalı olduqları zəhrimarları, burunlarından gələsi azzarlıqlarını alıb və gediblər. Sənədlərdən görünür ki, 2010-cu ilin 3 mart tarixindən RƏSMİ qeydiyyatdan keçən TM-də 9 il ərzində FHN, onun DYMX bax bu gün baş verən hadisəni gözlüyürlərmiş, ona açıq şərait yaradıblarmış. İndi dostlar yazır ki, çox şükürlər olsun ki, insan təlafatı olmayıb. Ay kişilər, ay bəylər və xanımlar! Bəs o 1000 mağazanın hər birində çalışan və onların arxasında duran 2-3 nəfər ailə üzvlərini də hesaba salsanız, görün nə qədər insanın "evi yıxıldı", ailələr gündəlik ehtiyacları olan azuqədən, puldan-paradan məhrum oldular. Bu vallah ayaq üstə ölmüş insanın real durumuna bərabər bir vəziyyətdir. Bu hadisə nəticəsində görün neçə nəfər infarkt, əsəb və stresdən şəkər və digər ağır xəstəliyə düçar oldular və olacaqlar?!
Hörmətli zabit dostumuz, FHN şefi Kəmaləddin müəllim Heydərov, Sizə müraciət edirəm!. DƏYİŞİN bu DYMX-nin şəxsi heyətini. Belə işləmək olmaz. Hələ bir dənə UĞURLU yanğınsöndürmə hadisəsini xatırlamıram. O cür gözəl maşın və mexanizmlər qalıb sadəcə bir qrup qeyri-peşəkarın əlində. Acizanə xahiş edirəm: DƏYİŞİN belə iş metodunu! İnanın ki, qeyri-peşəkarlıq evimizi, Azərbaycanımızı MƏHV EDƏCƏK! Bu gün Bakıdan canlı yayımlanan kadrlara görə mən sadəcə xəcalət çəkdim. Bu nədi ilahi! 21-ci əsr, bu qədər müasir avadanlıq və texnika, və nəticə sıfır.
Ən sonda, hörmətli nazir deyir ki, binanın üzlüyü alkopon olub. Ay səni dövşan yesin! Belə də iş olar?! Bu işə baxmalı olan o YOLDAŞ görəsən hansı qurumda çalışır? Bir neçə il bundan öncə Bakıda, Binəqədi rayonunda hünüdürmərtəbəli binada faciə ilə bitən yanğını yaxşı-pis yazdılar kimlərinsə "ayağına". Ondan sonra Gəncədə hər həyətdə bir "pojarni maşın" növbə çəkirdi. Adamı gülmək və əsəb götürürdü ki, bunlar nə fikirləşirlər görəsən? İndi, Allah göstərməsin, Gəncədə, Sumqayıtda, ya başqa bir yerdə mütləq güclü yanğın, insan itkisi olmalıdır ki, hərəkətə keçəsiniz?!
Bakı çox unikal və gözəl şəhərdir. Amma, bu böyda zırıltılı hadisə baş verdi, Eldar Əzizov adında Bakı şəhərinin icra başçısının məvacibini alan yoldaş nədənsə görünmədi.
Ən sonda. O TM kimin olursa olsun, orada Azərbaycan vətəndaşları yaxşı-pis ticarət ilə ailə-uşaqlarını dolandırırdılar.
Ona görə də, hər bir işdə ən öndə dövlətin, onun vətəndaşının maraqları götürülməlidir.
Cəbhədə baş vermiş olayda dünyasını dəyişmiş şəhidimiz Əlləz Əlləzovun da doğmalarına, yaxınlarına Allahdan səbr diləyirəm. Lənət olsun ATƏT-ə, lənət olsun, onun biqeyrət və bişərəf Minsk qrupuna, onun alçaq üçlüyünə, saqqalı erməni cəsusu polyak diplomatına. Lənət olsun Ermənistandakı yaramazlara və onlara təlimat verən Moskva alçaqlarına.
Tanrı Azərbaycanımızı qorusun!

 

 

 

! © Müəllif hüquqları qorunur ! Məlumatdan istifadə etdikdə istinad mütləqdir ! Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir !!!  

ŞƏRHLƏR :

                              

( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİ. Məzmun və qramatik səhvlərə görə redaksiya məsuliyyət daşımır )

 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !