Musiqimizə ermənidən də betər zərbə vurmusan... - - Elçinin "dinc" durmayan dilindən

Musiqimizə ermənidən də betər zərbə vurmusan... - Elçinin "dinc" durmayan dilindən

Qalmaqallı müğənni Afət Fərmanqızı, onun gic-gici “Pəncu şeş” mahnısına gülməli klip çəkdirdiklərinə görə Şəki Mərkəzi Xəstəxanasının işdən çıxarılan 5 tibb bacılarından danışarkən deyib: “Onlara hər ay aldıqları maaaşdan çox pul verəcəyəm. Məni də bu mahnıya görə tənqid edən şəxslər və sənət adamları qələt edirlər. Mən erməni deyiləm ki, mənim üstümə bu qədər gəlirlər.


P.S. Afət xanım, səni tənqid edənlər arasında nazir Əbülfəs Qarayev kimi şəxslər də var. Belə çıxır ki, o qələt nazirə də aiddir? Ayıbdır axı. İndi nazir Ə.Qarayev bu qələti sənə necə qaytaracaq, bu, onun öz işidir. Amma qaldı erməni kimi sənin üstünə gəlmək məsələsinə, bu, tamamilə haqlı bir hücumdur. Ona görə ki, sən erməni olmasan da, musiqimizə ermənidən də betər zərbə vurmusan və bu səbəbdən vicdanlı insanların sənin üstünə gəlməyi tam normaldır.

 

Elçin Məmmədli

 

 

 

! © Müəllif hüquqları qorunur ! Məlumatdan istifadə etdikdə istinad mütləqdir ! Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir !!!  

ŞƏRHLƏR :

                              

( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİ. Məzmun və qramatik səhvlərə görə redaksiya məsuliyyət daşımır )

 

 

 

 

 

 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !