Abşeron rayonunun nümayəndə heyəti DTX-nin 100 illiyi ərəfəsində Şöhrət muzeyini ziyarət edib - (+FOTOLAR)

Abşeron rayonunun nümayəndə heyəti DTX-nin 100 illiyi ərəfəsində “Şöhrət” muzeyini ziyarət edib (+FOTOLAR)

 AZpress.AZ xəbər verir ki, Abşeron rayon icra hakimiyyətinin başçısı İradə Gülməmmədova, DTX-nin Abşeron rayon şöbəsinin əməkdaşları, hüquq-mühafizə orqanlarının rəhbərləri, ağsaqqallar, ziyalılar, rayon ictimaiyyətinin nümayəndələri və gənclər Azərbaycanda təhlükəsizlik orqanlarının yaranmasının 100 illiyi münasibəti ilə Dövlət Təhlükəsizlik Xidmətinin (DTX) Heydər Əliyev adına Akademiyasında yerləşən “Şöhrət” muzeyində olublar.

Əvvəlcə ulu öndər Heydər Əliyevin xatirəsi ehtiramla yad edilib, ulu öndərin zəngin həyat və fəaliyyətini əks etdirən "Şöhrət" muzeyinin qarşısında ucaldılmış abidəsi önünə tər çiçəklər qoyulub

Unikal məzmuna və nəfis tərtibata malik “Şöhrət” muzeyi ilə tanışlıq zamanı qonaqlara məlumat verilib ki, burada nümayiş etdirilən nadir eksponatlar, sənədlər və arxiv materialları Ümummilli Lider Heydər Əliyevin zəngin həyat və fəaliyyətini, xalqımızın taleyindəki misilsiz rolunu, o cümlədən ömrünün 25 ilini həsr etdiyi dövlət təhlükəsizlik orqanlarındakı xidmət dövrünü və onun bilavasitə rəhbərliyi ilə keçirilmiş əməliyyatlar haqqında məlumatları ətraflı əks etdirir.

Daha sonra muzey haqda qısa film nümayiş olunub və Abşeron RİH başçısı İradə Gülməmmədova “Abşeron 50” kitabını muzeyə hədiyyə edib.

Görüşün sonunda xatirə şəkli çəkdirilib . Muzeyin rəhbərliyinə xatirə hədiyyələri təqdim olunub.

Qonaqlar “Şöhrət Muzeyi”ndən xoş təəssüratla ayrılıblar.

 

 

! © Müəllif hüquqları qorunur ! Məlumatdan istifadə etdikdə istinad mütləqdir ! Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir !!!  

ŞƏRHLƏR :

                              

( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİ. Məzmun və qramatik səhvlərə görə redaksiya məsuliyyət daşımır )

                         

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !