Zəfəranın faydaları... -

Zəfəranın faydaları...

https://www.facebook.com/groups/2159698127577601/ 

 

Zəfəran kəskin ətrə və azacıq acı dada malikdir. Əsasən plov, ət, dəniz məhsulları və şirniyyatlarda istifadə edilir.

Lakin həkimlər zəfəranı ən çox 1 çay qaşığı istifadə etməyi məsləhət görürlər.

Medicina.az bildirir ki, bu ədviyyatın bir çox faydaları var.

Zəfəran əzələ spazmından, qaşıntıdan və iltihabdan azad olmağa kömək olur. Bundan əlavə, zəfəran aclıq hissini azaldır. Bu isə arıqlamaq üçün pəhriz saxlayan inşaların köməyinə gələcək. Zəfəranın ətri esterogenin miqdarını artırır, qadınlarda isə kortizol səviyyəsini azaldır. Əsasən də depressiya, qayğı, yaddaş zəifliyi və nevroloji xəstəliklərə qarşı faydalıdır.

C vitamini, maqnezium, dəmir, kalsiumla zəngin olan zəfəran qandakı şəkər miqdarını tənzimləyir. Toxuma, sümük və hormonların inkişafını tənzimləyir. Tərkibində olan B6 vitamini qırmızı qan kürəciklərinin yaranmasına kömək olur. Zəfəran bronxial astmanın əlamətlərini və iltihabı da aradan qaldırır.
Həftədə 3 dəfə südlü zəfəran istifadə edən kişilərdə spermatazoid hərəkətliliyi artır.

Zəfəran eyni zamanda dəri və qaraciyər xərçənginin qarşısını alır. Yaşla bağlı yaranan görmə zəifliyini aradan qaldırır və katarakt yaranmasının qarşısını alır.

Həkimlər hamilələrə qətiyyən zəfərandan istifadə etməmələrini tövsiyə edir. Bu, dölə toksiki təsir göstərə bilər. Həmçinin 10 qr zəfəranın birdən istifadəsi dölün düşməsinə səbəb olur.

 

 

 

! © Müəllif hüquqları qorunur ! Məlumatdan istifadə etdikdə istinad mütləqdir ! Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir !!!  

ŞƏRHLƏR :

 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİ. Məzmun və qramatik səhvlərə görə redaksiya məsuliyyət daşımır )

 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !