"Diqlas" ticarət mərkəzi yandı... - MƏRKƏZ? SƏN KİMİN İDİN?... (+VİDEO)(YENİLƏNDİ 2)

"Diqlas" ticarət mərkəzi yandı... MƏRKƏZ? SƏN KİMİN İDİN?... (+VİDEO)(YENİLƏNDİ 2)

https://www.facebook.com/groups/984665661568872/ 

 

Bakıda ticarət mərkəzində dəhşətli yanğın – 3 helikopter cəlb edildi ...

 

Bakı şəhərinin Nizami rayonu ərazisində ticarət və digər təyinatlı obyektlərin yerləşdiyi ərazidə baş verən yanğının ətraf ərazilərə yayılmasının və açıq alovun qarşısı alınıb.

Bu barədə FHN məlumat yayıb.

Hazırda kəşfiyyat, soyutma, gizli yanğın və tüstülənmə mənbələrinin aşkar olunması üçün söküntü işləri aparılır.

***
Fövqəladə Hallar Nazirliyi Bakının 8-ci kilometr adlanan ərazisindəki “Diqlas” Ticarət Mərkəzində baş verən yanğınla bağlı yeni məlumat yayıb.
“Report”un məlumatına görə, nazirlikdən bildirilib ki, Bakı şəhərinin Nizami rayonu ərazisində ticarət və digər təyinatlı obyektlərin yerləşdiyi ərazidə baş verən yanğının yayılmasının qarşısı alınıb.

Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri, Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri, Mülki müdafiə qoşunlarının şəxsi heyəti və Aviasiya dəstəsinin 3 ədəd helikopteri tərəfindən yanğının söndürülməsi üçün tədbirlər davam edir.

Əlavə məlumat veriləcək.

***
Bakının Nizami rayonunda, 8-ci kilometr adlanan ərazidə güclü yanğın başlayıb. Yanğın “Diqlas” ticarət mərkəzində qeydə baş verib.

Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin yanğınsöndürənləri cəlb olunub.

***

Fövqəladə Hallar Nazirliyi Bakıdakı yanğınla bağlı məlumat yayıb.

Məlumatda bildirilir ki, “112” qaynar telefon xəttinə Bakı şəhərinin Nizami rayonu ərazisində ticarət və digər təyinatlı obyektlərin yerləşdiyi ərazidə yanğın baş verməsi barədə məlumat daxil olub.

Çağırış ünvanına cəlb olunan Fövqəladə Hallar Nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri və Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri tərəfindən yanğınsöndürmə işləri və digər təxirəsalınmaz tədbirlər görülür.

 

                                                                                     ***

 

Yanan “Diqlas” Eldar Mahmudova məxsusdur- qəsd versiyası

 

Bu gün səhər saatlarında güclü yanğın başlayan “Diqlas” tiracət mərkəzi sabiq MTN naziri Eldar Mahmudova məxsusdur. “Qafqazinfo”nun əldə etdiyi məlumata gorə, “Diqlas”ın rəsmi sahibi keçmiş nazirin oğlu Anar Mahmudovdur.

Qeyd edək ki, MTN generallarının məhkəməsində də dəfələrlə “Vasmoy bazarı”nin taleyi gündəmə gəlib. İstintaq sənədlərinə görə, “Vasmoy bazarı”nın bir hissəsi Akif Çovdarovun qızının, digər hissəsi isə Hilal Əsədovun xanımı Nüşabə Əsədovanın adına olub.

Akif Çovdarov və başqaları da bu haqda məhkəmədə geniş ifadə veriblər.

Muavat.com-un əldə etdiyi digər məlumata görə isə, “Diqlas”a yeri o vaxtlar Nizami RİH-in başçısı olmuş Mehbalı Əliyev sərəncamla ayırıb. Lakin həmin vaxt Nizaminin bələdiyyə sədri bu səndə imza atmayıb. Səbəb kimi ərazinin yaşıllıq olmasını göstərib. Bundan sonra bələdiyyə sədrinə ciddi təzyiqlər başlayıb. Hətta onun MTN-də bir neçə gün saxlandığı, sənədi imzaladıqda sonra sərbəst buraxıldığı deyilir.

Bəzi ehtimallara görə, “Diqlas” bilərəkdən yandırılıb. Səbəb ölkədə sosial narazılıq, xof və gərginlik mühiti yaratmaqdır. Musavat.com bildirir ki, yanan ticarət mərkəzində milyonlarla mal külə dönüb. Xeyli sahibkar bundan ziyan görüb. Onların sığorta və sair başqa adlarla bəzi tələblərdə bulunacaqları istisna edilmir. Son aylar ölkə prezidentinin sosial-iqtisadi sahələrə aid verdiyi xeyli sərəncam və fərmanlar əhali tərəfindən rəğbətlə qarşılanır. Prezident xalqla hakimiyyət arasında olduqca isti münasibət yaradıb, ardıcıl təmaslar qurub. Bunun da nəticəsində sosial narazılıqlar xeyli azalıb. Hökumətin işinin yaxşı getdiyi bir vaxtda bu cür hadisənin olması ustər-istəməz bəzi şübhələrə yol açıq. Ona görə də bəzi ekspertlər “Diqlas”ın qəsdlə yandırıldığını istisna etmirlər. Bu məsələdə də əsas şübhələr ticarət mərkəzinin sahiblərinin üstünə gedib çıxır. Xatırladaq ki, 2015-ci ilin may ayında 8-ci mikrorayonda yaşayış binasının yanmasından sonra qəsd versiyası ortaya çıxmışdı. Bu məsələdə də əsas şübhələr həmin vaxt dövlət rəhbərliyinin gözündən düşmüş Eldar Mahmudovun üzərinə tuşlanmışdı.

 

                                                                                   ***

 

Malları yanan sahibkarlara kompensasiya ödəniləcəkmi? – Nazirdən açıqlama

 

“Sahibkarlara kompensasiya verilib-verilməyəcəyi sonrakı prosesdir, ona mən qərar vermirəm. Bizim hazırda əsas işimiz yanğını söndürmək və imkan daxilində insanların yanmamış mallarını oradan çıxartmaqdır”.

ONA-nın müxbiri hadisə yerindən xəbər verir ki, bunu fövqəladə hallar naziri Kəmaləddin Heydərov deyib.

K. Heydərov bildirib ki, hər bir sahibkar öz malını sığortalamalıdır: “Bura özəl obyekt, özəl ticarət mərkəzidir. Burada ticarətlə məşğul olan hər bir mal sahibi öz dükanını, mallarını sığortalamalıdır”.

Nazir hüquq-mühafizə orqanlarının da hadisə ilə bağlı müvafiq addımlar atacağını qeyd edib.

 

                                                                                    ***

 

"Diqlas"da yanğınsöndürmə sistemi yoxdur"- FHN rəsmisi

 

"Diqlas" Ticarət Mərkəzində baş vermiş yanğının söndürülməsi işləri davam edir. Binadakı yanğın məhdudlaşdırılsa da, zirzəmidə söndürülmə işləri davam edir. Artıq 1, 2, 3 və 4-cü mərtəbələrdə yanğın məhdudlaşdırılıb. Zirzəmidə söndürülmə işləri davam edir".

Adalet.az -ın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin Qərargah rəisi Əkbər Novruzov deyib. Onun sözlərinə görə, yanğının söndürülməsinə 100-dən çox şəxsi heyət, 20-dən artıq texnika cəlb edilib:

"Zirzəminin bir hissəsi yanğından mühafizə olunub. Yanğın sahəsi 2 hektardan artıqdır. İlkin məlumata görə, yanğın gül dükanından başlayıb. Yanğın bölmələri hadisə yerinə çatanda artıq ticarət mərkəzinin bir hissəsinə yanğın yayılıb. Ticarət mərkəzi ilə yanaşı, ətrafdakı bitişik tikililər də yanıb. Əsasən tikinti materialları, geyim əşyaları yanıb. Hadisə nəticəsində yanğın bölmələri əməkdaşlarından ciddi xəsarət alan olmayıb. Mülki vətəndaşlardan xəsarət alan olub olmaması barədə bizdə məlumat yoxdur.

Ticarət mərkəzinin heç bir mərtəbəsində yanğınsöndürmə sistemi yoxdur. Yanğın söndürmək üçün suyu 2 kilometrdən gətiririk. Bu da bizim işimizi çətinləşdirir. Obyekt rəhbərliyi tərəfindən yanğın təhlükəsizlik qaydalarına ciddi nəzarət olunmadığından yanğın bu cür geniş yayılıb. Araşdırmalardan sonra yanğının səbəbi məlum olacaq".
 

 

 

 

! © Müəllif hüquqları qorunur ! Məlumatdan istifadə etdikdə istinad mütləqdir ! Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir !!!  

ŞƏRHLƏR :

 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİ. Məzmun və qramatik səhvlərə görə redaksiya məsuliyyət daşımır )

 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !