Yuxuda yıxılma hissi -

Yuxuda yıxılma hissi

 Yuxuya getdiyiz zaman yıxılma hissi ilə oyandığımız olmuşdur. Bu sıx rast gəlinən bir vəziyyətdir və insanların təxminən 70%-i yuxudan bu cür oyanmışdır. Ancaq bu vəziyyətə nəyin səbəb olduğu tam olaraq bilinmir.

Yuxuya gedərkən yaşadığımız yıxılama hissinə əzələlərimizin hərəkəti səbəb olur. Məsələn, hıcqırıq da istənməyən əzələ hərəkətidir. Yuxuya getmə müddətində əzələlərimiz hərəkət etməsi ilə bağlı fərqli fikirlər var.

Yuxu sırasında bədənin funksiyasında bəzi dəyişmələr olur. Yuxunun fərqli mərhələləri var və bu mərhələlərdə bədən funksiyalarında yaranan dəyişikliklər azalır. Yıxılma hissi yuxunun bu mərhəlsində yaranır. Yıxılma hissinin oyanıq və yuxu vəziyyətləri arasındakı keçid sırasında qol və ayaq əzələlərindəki sinir hüceyrələrinin düzgün şəkildə işləməməsindən qaynaqlandığı düşünülür.

Digər bir fikirə görə isə bu vəziyyətin bəsit bir qoruyucu refleks olduğudur. Bu fikirə görə yuxusuz keçid sırasında beyin, əzələ təsirindəki azalmanı və əzələlərin boşalmasını bədənin həqiqətən yıxılması kimi qəbul edir. Bədənin özünü qoruya bilməsi üçün əzələlərə mesaj göndərir.

Yuxu sırasında yaşadığımız yıxılma hissi normal bir vəziyyət olsa da artıq kafein istifadəsi, stress və yuxusuzluq bu hissi daha sıx yaşamağınıza səbəb ola bilər.

 

! © Müəllif hüquqları qorunur ! Məlumatdan istifadə etdikdə istinad mütləqdir ! Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir !!!  

ŞƏRHLƏR :

                              

( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİ. Məzmun və qramatik səhvlərə görə redaksiya məsuliyyət daşımır )

                         

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !