2 milyarddan çox adam içməli sudan məhrumdur -

2 milyarddan çox adam içməli sudan məhrumdur

 Bütün dünyada 2,1 milyard adam təmiz içməli su çatışmazlığından əziyyət çəkir. Bu barədə UNESCO-nun Cenevrədə dərc edilmiş hesabatında məlumat verilir. Daha 4,3 milyard adam adekvat sanitar-texniki avadanlıqdan məhrumdur. Qaçqınlar və xarabalıqlarda yaşayan yoxsullar xüsusilə ağır vəziyyətdədir.

UNESCO-nun baş direktoru Adri Azulayın dediyinə görə, hətta Avropada və Şimali Amerikada 57 milyona yaxın adamın evində su gəlmir. 36 milyon adamın mənzilində isə sanitar qovşağı yoxdur.

 

! © Müəllif hüquqları qorunur ! Məlumatdan istifadə etdikdə istinad mütləqdir ! Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir !!!  

ŞƏRHLƏR :

                              

( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİ. Məzmun və qramatik səhvlərə görə redaksiya məsuliyyət daşımır )

                         

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !