Röya Dubayda ərəbləri heyran etdi - - (+FOTOLAR)

Röya Dubayda ərəbləri heyran etdi - (+FOTOLAR)

 Azərbaycanın Əməkdar artisti Röya Ayxan növbəti dəfə ölkədən kənarda Novruza həsr edilmiş konsert proqramı ilə çıxış edib.

AZpress.AZ xəbər verir ki, mart ayının 22-i milyonların sevimli ulduzu Röya Dubayda möhtəşəm solo konsertlə çıxış edib. Konsert Dubayın mərkəzindəki məşhur “SityWalk Dubai” meydanında baş tutub. Konsertdə ard-arda hit mahnılarını ifa edən sənətçini səhnədə Muxtar Abseynovun bədii rəhbəri olduğu musiqi ansamblı müşaiyət edib. Repertuarına xalq mahnıları da əlavə edən Ayxan səhnədə tamaşaçılarla rəqs edib və onlarla şəkil çəkdirib. Çoxmillətli tamaşaçılar Röyanın hər bir çıxışını gurultulu alqışlarla qarşılayıblar.

Azərbaycan ulduzunun konserti ölkəmizin musiqisi və mədəniyyəti ilə tanış olmaq üçün gözəl imkan əldə etmiş tamaşaçılara - Əmirliyin vətəndaşlarına və Dubayın qonaqlarına güclü təsir bağışlayıb.

Qeyd edək ki, Röya martın 20-də Moskvada da konsert verib.

 

! © Müəllif hüquqları qorunur ! Məlumatdan istifadə etdikdə istinad mütləqdir ! Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir !!!  

ŞƏRHLƏR :

                              

( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİ. Məzmun və qramatik səhvlərə görə redaksiya məsuliyyət daşımır )

 

                          

 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !