Xeyriyyə Marafonu start götürdü - (+FOTOLAR)

Xeyriyyə Marafonu start götürdü (+FOTOLAR)

 AZpress.AZ xəbər verir ki, "Odlar Yurdu" Gənclər İctimai Birliyinin təşkilatçılığı ilə icrasına başlanılan "Hamımız birimiz, birimiz hamımız üçün" (2) Xeyriyyə Marafonu start götürdü. Xeyriyyə marafonu çərçivəsində ilk fəaliyyət gənclərin iştirakı ilə Novruz Bayramı münasibətilə Gəncə ş.Uşaq evinə səfərlə başladı. Birliyin baş katibi Ruslan Vəliyev uşaq evi sakinlərini bayram münasibətilə təbrik etdi. Balacalara bayram sovqatı və məktəb ləvazimatları hədiyyə edildi.

Xeyriyyə marafonunun keçirilməsində əsas məqsəd xüsusi qayğıya və dəstəyə ehtiyyacı olanlara diqqət göstərməklə gənclər arasında humanizm ideyalarının yayılmasına xidmət etməkdir.

Məlumat üçün bildirək ki, "Hamımız birimiz, birimiz hamımız üçün" xeyriyyə layihəsi ikinci dəfədir ki, birlik tərəfindən icra olunacaq.

 

! © Müəllif hüquqları qorunur ! Məlumatdan istifadə etdikdə istinad mütləqdir ! Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir !!!  

ŞƏRHLƏR :

                              

( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİ. Məzmun və qramatik səhvlərə görə redaksiya məsuliyyət daşımır )

                         

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !