Təmiz ekologiya,sağlam düşüncə layihəsi - (+FOTOLAR)

“Təmiz ekologiya,sağlam düşüncə” layihəsi (+FOTOLAR)

 AZpress.AZ xəbər verir ki, Azərbaycan Respublikasının Gənclər Fondunun 11-ci qrant müsabiqəsinin C kateqoriyası üzrə Sabirabad rayonundan Bunyatova Nuridə Səmədağa qızının qalibi olmuş “Təmiz ekologiya,sağlam düşüncə” adlı layihəsinin icrası uğurla başa çatmışdır.

Layihənin əsas məqsədi Sabirabad rayonunun kənd məktəblərində ekoloji maarifləndirmənin təşkili ilə gənclərdə ətraf mühitə qayğının artırılması,çirklənmənin qarşısının alınması və təbiətin qorunması haqqında bilikləri zənginləşdirərək Yer kürəsinin çirklənməsinin və ekoloji tarazlığın pozulmasının qarşısının alınmasına dəstək verməkdir.

Layihə Sabirabad rayonunun 4 kənd məktəbində icra edilmişdir.Layihənin icrası müddətində rayonun 4 kənd məktəbinin hərəsində bir dəfə olmaqla ümumilikdə dörd ekoloji maarifləndirmə görüşü və əlavə olaraq bir dəfə ağac əkilməsi nəzərdə tutulmuşdur.

Hər bir maarifləndirmə görüşündə layihə rəhbəri layihə haqqında məlumat verdikdən sonra layihənin təlimçisi bəşəriyyəti narahat edən qlobal,eləcə də regional və lokal problemlər haqqında gəncləri məlumatlandırmışdır.Daha sonra Azərbaycan Respublikasına xas olan ekoloji problemlər qeyd olunmuş və Yer kürəsinin əhatə edən problemlərin yaratdığı təhlükələri daha da dərindən anlamaq üçün mövzuya uyğun iştirakçılara videoçarxlar və xüsusi hazırlanmış təqdimatlar nümayiş etdirmişdir.
Məsələnin mahiyyətini dərindən dərk etmək və əlavə məlumatlar üçün iştirakçılara layihənin bukleti paylanımış,əlavə olaraq ətraf mühitin mühafizəsi üçün təkliflərini qeyd etmək məqsədi ilə iştirakçılara kağız və qələmlə təchiz olunmuş papkalar paylanılmışdır ki,burada sözügedən problemlərin həlli yolları haqqında hər bir iştirakçı özünəməxsus qeydlər etmişlər.

Layihə çərçivəsində ekoloji maarifləndirmə görüşü keçirilmiş Ulacalı kənd tam orta məktəbinin həyətyani sahəsində 63 ədəd müxtəlif növ ağac əkilmişdir.Ağacların əkilməsi prosesi layihənin icrasında xüsusi yer almışdır və bu prosesdə Sabirabad rayon Gənclər və İdman İdarəsinin rəisi Nadir Quliyev və idarənin digər əməkdaşları da qatılmışdır.Eyni zamanda məktəbin bir qrup şagirdləri ağacları əkdikdən sonra onlara bu ağaclara vaxtında qulluq edəcəklərini bildirməklə təbiətin qorunmasında bu kimi tədbir və aksiyalarda yaxından iştirak edəcəklərini vurğulamışlar.

Layihənin icrası müddətində ekoloji maarifləndirmə keçirilən hər bir məktəbin şagirdlərinə “Yer kürəsi hər birimizin evidir” adlı Aksiyaya qoşulmağa dəvət edilmiş və onlara işlənmiş kağızların toplanaraq rəhbərliyə təhfil verilməsi tövsiyyə olunmuşdur.Artıq işlənmiş kağızlar toplanmış və Sabirabad rayon Asan Xidmət nəzdində fəaliyyət göstərən “Yaşıl Asan” layihəsinə təhfil verilmişdir.

Xatırladaq ki,layihənin təqdimatı 15 dekabr 2018-ci il tarixdə Sabirabad şəhərində baş tutmuşdur.Açılış tədbirində layihə iştirakçılara təqdim edilmiş və İşçi Qrupu,Fəaliyyət planı təsdiq edilmişdir.

11.01.2019-cu il tarixdə Sabirabad rayon Kovlar kənd tam orta məktəbində ilk maarifləndirmə görüşü baş tutmuşdur.

21.01.2019-cu il tarixdə Sabirabad rayon Ulacalı kənd tam orta məktəbin həyətyani sahəsində ağaclar əkilmişdir.

23.01.2019-cu il tarixdə Sabirabad rayon Ulacalı kənd tam orta məktəbində yuxarı sinif şagirdləri ilə ekoloji maarifləndirmə görüşü keçirilmişdir.

15.02.2019-cu il tarixdə Sabirabad rayon Yaxa Dəllək kənd tam orta məktəbin ,22.02.2019-cu il tarixində isə Sabirabad rayon Nərimankənd tam orta məktəbin kollektivi ilə ekoloji maarifləndirmə görüşü keçirilmişdir.

Layihənin icra müddəti 15 dekabr 2018-ci il -15 mart 2019-cu il tarixlərini əhatə edir.

 

! © Müəllif hüquqları qorunur ! Məlumatdan istifadə etdikdə istinad mütləqdir ! Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir !!!  

ŞƏRHLƏR :

                       

( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİ. Məzmun və qramatik səhvlərə görə redaksiya məsuliyyət daşımır )

 

                          

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !