Bir qrup gənc şəhid ailələri ilə həmrəylik kampaniyasına start verib - (+FOTOLAR)

Bir qrup gənc şəhid ailələri ilə həmrəylik kampaniyasına start verib (+FOTOLAR)

 AZpress.AZ xəbər verir ki, Cənab Prezident İlham Əliyevin 1 fevral tarixində gənclərlə görüşü zamanı gənclərə vətənpərvərlik və milli-mənəvi dəyərlərə bağlılıq barədə tövsiyələrindən ruhlanan bir qrup gənc aprel döyüşlərində qəhrəmancasına şəhid olmuş polkovnik-leytenant Raquf Orucovun oğlu Aqşin Oruclunun təşəbbüsü ilə şəhid ailələri ilə həmrəylik kampaniyasına start verdi.

Gənclər paytaxtda yaşayan aprel döyüşlərində şəhid olan soydaşlarımızın ailələrini ziyarət edib, onlarla həmsöhbət olub və dəstəklərini nümayiş etdiriblər. “Şəhidimiz” (#ŞƏHİDİMİZ) adlanan kampaniyaya artıq regionlardan da gənclər qoşulub. Kampaniyada iştirak etmək üçün shehidimiz.az saytına çoxlu sayda müraciətlər daxil olmaqdadır. Bu gündən etibarən isə, könüllülər regionlarda yaşayan şəhid ailələrini ziyarət edəcəklər.Qeyd edək ki, kampaniya bayram günləri ərzində davam edəcək.

 

! © Müəllif hüquqları qorunur ! Məlumatdan istifadə etdikdə istinad mütləqdir ! Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir !!!  

ŞƏRHLƏR :

                       

( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİ. Məzmun və qramatik səhvlərə görə redaksiya məsuliyyət daşımır )

 

                          

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !