Gənclərin gözü ilə tariximiz… - (+FOTOLAR)

Gənclərin gözü ilə tariximiz… (+FOTOLAR)

 AZpress.AZ xəbər verir ki, Azərbaycan Gənclər Fondunun maliyyə dəstəyi və Azərbaycan Fotoqraflar Birliyinin tərəfdaş təşkilatçılığı ilə Zamin Səmədovun “Gənclərin gözü ilə tariximiz” foto-layihəsi keçirilib.
Azərbaycan Fotoqraflar Birliyinin üzvü Zamin Səmədov layihə çərçivəsində Lənkəran, Quba, Mingəçevir, Şəki və Bakı şəhərlərində gənclər üçün tədbir keçirərək onların iştirakına da şərait yaradıb. Məlumata görə, həvəskar fotoqraflar Azərbaycanın bir çox bölgələrində çəkdikləri tarixi abidələrin fotolarını müəllif işi olaraq təqdim ediblər. Təşkilatçının sözlərinə görə, layihənin məqsədi həm də unudulmaqda olan tarixi abidələri foto yaddaşa köçürən gənclərə dəstək olmaqdır: “İşimiz bununla yekunlaşmır. Layihənin Facebook və İnstagram səhifələrini də yaratdıq ki, həvəskar fotoqraflar bundan sonra da çəkdikləri fotoları geniş kütləyə təqdim edə bilsinlər. Beləcə biz həm tarixi abidələrimizi, həm də həvəskar fotoqraflarımızı ictimaiyyətə tanıtmış olacağıq”.

Ötən gün Bakıda reallaşan yekun tədbirində “Gənclərin gözü ilə tariximiz” foto-layihəsinin iştirakçılarına sertifikatlar təqdim edilib.

 

! © Müəllif hüquqları qorunur ! Məlumatdan istifadə etdikdə istinad mütləqdir ! Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir !!!  

ŞƏRHLƏR :

                       

( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİ. Məzmun və qramatik səhvlərə görə redaksiya məsuliyyət daşımır )

 

                          

 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !