Abşeronda Ölkəmizi tanıyaq tur-aksiyasında iştirak edəcək şagirdlərlə görüş keçirildi - (+FOTOLAR)

Abşeronda “Ölkəmizi tanıyaq” tur-aksiyasında iştirak edəcək şagirdlərlə görüş keçirildi (+FOTOLAR)

 AZpress.AZ xəbər verir ki, “Ölkəmizi tanıyaq” tur-aksiyasında iştirak edəcək abşeronlu şagirdlərlə bu gün
görüş keçirilib. Görüşdə rayon İcra Hakimiyyətinin başçısı İradə Gülməmmədova, təhsil işçiləri, gənclər, şagirdlər, valideynlər və KİV nümayəndələri işturak ediblər. İştirakçılar əvvəlcə Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət edib, önünə gül dəstələri düzüblər.

Xırdalandakı Heydər Əliyev Mərkəzində keçirilən tədbirdə çıxış edən AbşeronRİH başçısı İ.Gülməmmədova uşaqların inkişafında “Ölkəmizi  tanıyaq” layihəsinin mühüm rolundan söz açıb. O qeyd edib ki, cənab Prezident İlham Əliyevin tövsiyəsinə əsasən Prezident Administrasiyasının təşkilatçılığı ilə keçirilən bu tur-aksiyalar gözəl nəticələr verməkdədir. Onun sözlərinə görə, layihənin əsas məqsədi şagirdləri ölkəmizin müxtəlif bölgələrinin müasir həyatı, tarixi, mədəni irsi, adət-ənənələri, özünəməxsus xüsusiyyətləri, ümummilli lider Heydər Əliyevin qurub-yaratdığı müstəqil Azərbaycanın nailiyyətləri ilə yaxından tanış etmək, Prezident İlham Əliyevin qətiyyəti və iradəsi ilə respublikamızın dinamik sosial-iqtisadi inkişafı, gündən-günə abadlaşan şəhər və rayonlarımızın yeniləşən siması barədə gənclərdə əyani təsəvvür yaratmaqdır”. RİH başçısı əlavəedib ki, ölkəmizin bütün bölgələrinin əhatə olunduğu bu tur-aksiyalarda,  ümumilikdə, bu vaxta qədər rayon üzrə 400 məktəbli iştirak edib. Ölkədə görülən işlər, əldə olunan nəticələr, Azərbaycanın təşəbbüsü ilə reallaşan beynəlxalq layihələrdən danışan İ.Gülməmmədova vurğulayıb ki, təhsil, səhiyyə, mədəniyyət, idman və ümumilikdə bütün sahələr üzrə böyük uğurlar qazanılıb. Daha sonra tədbirdə şagirdlər, valideynləv və gənclər çıxış edərək sözügedən layihənin məktəblilərin inkişafında əvəzsiz rola malik olduğunu qeyd ediblər. Vuğulanıb ki, cənub bölgəsinə səfər edəcək şagirdlərin əlaçılar və olimpiada naliyyəti olanlar arasından seçilməsi məktəblilər arasında daha yaxşı oxumağı, daha çox çalışmağı təşviq edəcəkdir. Çıxışçılar yaradılan bu şəraitə görə ölkə rəhbərinə öz dərin minnətdarlıqlarını bildiriblər.

 

! © Müəllif hüquqları qorunur ! Məlumatdan istifadə etdikdə istinad mütləqdir ! Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir !!!  

ŞƏRHLƏR :

                       

( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİ. Məzmun və qramatik səhvlərə görə redaksiya məsuliyyət daşımır )

                         

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !