Bakı Musiqi Akademiyasında məşhur violinoçu, pedaqoq, professor Eduard Vulfsonun ustad dərsi keçirilmişdir - (+FOTOLAR)

Bakı Musiqi Akademiyasında məşhur violinoçu, pedaqoq, professor Eduard Vulfsonun ustad dərsi keçirilmişdir (+FOTOLAR)

 AZpress.AZ xəbər verir ki, 08 mart 2019-cu il tarixində Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının Böyük Zalında məşhur violinoçu, pedaqoq, professor Eduard Vulfsonun ustad dərsi keçirilmişdir.
Ustad dərsində Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının məzun və tələbələri Abbasova Ümidə, Aslanlı Nəzrin, Kərimli Qəmər, fortepiano kvarteti – Leyla Zeylanova, Fatimə Nəsirli, Əli Əmişov, Əsmər Kərimli iştirak ediblər. Dərsdə Brams- Konsert, Şosson – Poema, Sibelius- Konsert, Bramsın- Kvartet əsərləri ifa edilib. Eduard Vulfson iştirakçılara ifaçılığın xırda sirlərini açıqlayaraq, hər bir detalı böyük ustalıqla izah edib.

Ustad dərsində Bakı Musiqi Akademiyasının rektoru, SSRİ və Azərbaycanın xalq artisti, professor Fərhad Bədəlbəyli, İsrailin Tel-Əviv Universiteti nəzdində "The Buchmann-Mehta School of Music" məktəbinin Beynəlxalq əlaqələr şöbəsinin rəhbəri, tanınmış violonçel ifaçısı və dirijor Dmitri Yablonski və Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin İncəsənət şöbəsinin müdiri Hüseynov İsmayıl iştirak ediblər. Ustad dərsinin sonunda Bakı Musiqi Akademiyasının rektoru, professor F.Ş.Bədəlbəyli professor Eduard Vulfsona öz təşəkkürünü bildirib.

 

! © Müəllif hüquqları qorunur ! Məlumatdan istifadə etdikdə istinad mütləqdir ! Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir !!!  

ŞƏRHLƏR :

                       

( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİ. Məzmun və qramatik səhvlərə görə redaksiya məsuliyyət daşımır )

 

                          

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !