Ağstafa rayon Mədəniyyət Mərkəzində konfrans keçirilib - (+FOTOLAR)

Ağstafa rayon Mədəniyyət Mərkəzində konfrans keçirilib (+FOTOLAR)

https://www.facebook.com/groups/250993438794052/ 

 

Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin Hüseyin Bozalqanlı adına Azərbaycan Aşıq Sənəti Muzeyi binasının tikintisi ilə bağlı tədbirlər haqqında Sərəncamı Ağstafa Regional Mədəniyyət İdarəsini əhatə edən Ağstafa, Tovuz və Qazax rayonlarının mədəniyyət müəssisələri tərəfindən sevinclə qarşılanıb.

Bu məqsədlə Ağstafa rayon Mədəniyyət Mərkəzində Regional İdarənin bütün müəssisələrini təmsil edən əməkdaşlarının iştirakı ilə konfrans keçirilib.
Konfransı giriş sözü ilə Regional İdarənin rəisi Vüqar Qədirov açaraq Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin bu Sərəncamını mədəniyyətimizə, aşıq sənətinə göstərilən növbəti diqqət və qayğının bariz nümunəsi olduğunu bildirib. V.Qədirov Prezident İlham Əliyevin bütün sahələrlə bərabər ədəbiyyatımıza, mədəniyyətimizə, incəsənətimizə, göstərdiyi davamlı və sistemli qaydının və dəstəyin mütəmadi xarakter daşıdığını, son zamanlar imzalanan sərəncamların, qəbul edilən qərarların buna əyani sübut olduğunu qeyd etdi.
Tədbirdə Ağstafa Regional Mədəniyyət İdarəsinin rəis müavini Gülgün Kərimov, İdarənin Tovuz rayonu üzrə nümayəndəsi Adil Həsənov, Tovuz rayon Hüseyn Bozalqanlı adına Azərbaycan Aşıq Sənəti Muzeyinin direktoru Gülbəniz Cəfərova, Qazax rayon Çaylı kənd Folklor Evinin müdiri Məhəmmədəli Məşədiyev, Tovuz rayon MKS-nin filial müdiri Qurban Nağıyev və s. çıxış edərək Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin mədəniyyət müəssisələrinin inkişafına, Mədəniyyət xadimlərinə, istedadlı insanlara göstərdiyi diqqət və qayğıya diqqət çəkərək görülən işlərin Azərbaycanın mədəni həyatının inkişafına böyük stimul verdiyini bildirdilər. Hüseyin Bozalqanlı adına Aşıq Sənəti Muzeyinin tikintisi ilə bağlı tədbirlər haqqında Sərəncamını isə bu bölgənin mədəni həyatında özünəməxsus yüksəlişinin təmin olunmasına gətirib çıxaracağını qeyd etdilər.
Tədbirin sonunda Ağstafa Regional Mədəniyyət İdarəsini əhatə edən mədəniyyət müəssisələrinin kollektivləri adından Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevə minnətdarlıq bildirən müraciət qəbul edildi.

 

 

 

! © Müəllif hüquqları qorunur ! Məlumatdan istifadə etdikdə istinad mütləqdir ! Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir !!!  

ŞƏRHLƏR :

               ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİ. Məzmun və qramatik səhvlərə görə redaksiya məsuliyyət daşımır )

 

 

 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !