BMU-da "8 Mart – Beynəlxalq Qadınlar Günü"nə həsr olunmuş tədbir keçirilib - (+FOTOLAR)

BMU-da "8 Mart – Beynəlxalq Qadınlar Günü"nə həsr olunmuş tədbir keçirilib (+FOTOLAR)

 AZpress.AZ xəbər verir ki, Bakı Mühəndislik Universitetində müəllim və tələbələrin iştirakı ilə “8 Mart – Beynəlxalq Qadınlar Günü”nə həsr olunmuş bayram tədbiri keçirilib. Tədbir¬də xalqımızın ümummilli lideri Heydər Əliyevin Azərbaycan qadını ilə bağlı dəyərli fikirlərini əks etdirən video film izlənilib.

BMU-nun rektoru, professor Havar Məmmədov bayram münasibəti ilə universitetin xanım əməkdaşlarını və tələbələrini təbrik edib, xoş arzularını çatdırıb. Bildirib ki, ölkəmizin dünya ölkələri arasında nüfuzu gündən-günə artır. Bu nailiyyətlərin əldə edilməsində, ölkəmizin ictimai-siyasi həyatında Azərbaycanın mərd və fədakar qadınlarının böyük rolu var. Ulu öndər Heydər Əliyevin sözləri ilə desək, "Azərbaycan qadını tarix boyu ağlı, zəkası, qeyrəti, namusu, vətənpərvərliyi ilə millətinə, torpağına olan hədsiz məhəbbəti ilə tanınmışdır".

Ölkəmizdə qadınlar üçün yaradılan şəraitdən danışan rektor möhtərəm Prezidentimiz İlham Əliyevin və Vitse-prezident Mehriban xanım Əliyevanın ölkəmizin ictimai həyatında qadınların fəaliyyətlərini hər zaman yüksək qiymətləndirdiklərini, onlara xüsusi diqqət və qayğı göstərdiklərini qeyd edib.

Daha sonra universitetin tələbələri YAP Gənclər birliyinin sədri Günel Salahova və İlqar Bəşirov çıxış edərək ölkəmizdə qadınlara yaradılan imkanlardan danışıblar.

Tədbir universitetin əməkdaşları və tələbələrin ifasında səhnəciklər, musiqilər və rəqslərlə davam edib.

 

! © Müəllif hüquqları qorunur ! Məlumatdan istifadə etdikdə istinad mütləqdir ! Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir !!!  

ŞƏRHLƏR :

                

( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİ. Məzmun və qramatik səhvlərə görə redaksiya məsuliyyət daşımır )

 

                          

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !