Nərgiz Əliyeva solo konsert ilə çıxış etdi - + FOTOLAR (AZpress.AZ – Rüstəm İsmayılov)

Nərgiz Əliyeva solo konsert ilə çıxış etdi + FOTOLAR (AZpress.AZ – Rüstəm İsmayılov)

https://www.facebook.com/groups/232461030668048/ 

 

AZpress.AZ xəbər verir ki, 5 mart 2019-cu il tarixində Qara Qarayev adına Mərkəzi İncəsənət Məktəbinin Böyük zalında fortepiano ixtisası üzrə Əməkdar müəllim, sənətşünaslıq üzrə fəlsəfə doktoru, Bakı Musiqi Akademiyasının professoru Nəzakət xanım Rimazinin sinfində təhsil alan MİM-nin XI sinif şagirdi, bir çox respublika və beynəlxalq müsabiqələr laureatı Nərgiz Əliyeva solo konsert ilə çıxış etdi. Konsertdə dünya fortepiano musiqisinin inkişafında misilsiz rolu olan romantizm cərəyanının görkəmli nümayəndəsi F. Şopenin, XX əsr musiqisinə novator-bəstəkar kimi daxil olan S. Prokofyevin və Azərbaycan musiqisinə üslub yeniliyi gətirən Q. Qarayevin əsərləri səsləndirildi.
Sonda səslənən əsəri gənc ifaçı öz müəllimi Nəzakət xanım Rimazi ilə birgə ifa etdi.
Konsert dinləyicilər tərəfindən böyük rəğbətlə qarşılandı.

 

 

 

! © Müəllif hüquqları qorunur ! Məlumatdan istifadə etdikdə istinad mütləqdir ! Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir !!!  

ŞƏRHLƏR :

                

( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİ. Məzmun və qramatik səhvlərə görə redaksiya məsuliyyət daşımır )

 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !