3-cü BAKI VEGAN BOOM-U BAŞ TUTDU - (ViDEO+FOTOLAR)

3-cü BAKI VEGAN BOOM-U BAŞ TUTDU (ViDEO+FOTOLAR)

https://www.facebook.com/groups/250993438794052/ 

 

Dünyanın bir çox ölkəsində trendə çevrilən VEGAN BOOM artıq 3- cü ildir ki, paytaxt Bakıda da keçirilir. Sağlam həyat tərzi sürənlər bu dəfə Bulvar otelin “The Green Kitchen” restoranında bir araya gəldi. 450 nəfərdən çox qonağın iştirakı isə VEGAN BOOM- a marağın getdikcə artdığını göstərirdi. Sağlam həyat tərzi layihəsinin ideya müəllifi və baş təşkilatçısı Boomerang Label şirkətinin direktoru Nigar Məmmədova deyir ki, tədbirə bu il maraq ötən ilkindən 2 dəfə çoxdur:

“ Əvvəlki illərdə biz dünya trendi olan VEGAN BOOM-a daha çox gənclərdə maraq görürdüksə, bu dəfə orta, hətta yaşlı nəslin nümayəndələri belə bura üz tutub. Bu isə onu göstərir ki, sağlam qidalanma təkcə fərdlərin yox, ailələrin həyat tərzinə çevrilir. Bu yanaşma tədbirimizin Ukraynadan dəvət olunmuş məşhur veqan aşpazı Konstantin Stolyarovu da sevindirir və həvəsləndirir. Ona görə də O, Bakıya hər il fərqli veqan reseptləri ilə gəlir.”

Məşhur Ukraynalı aşpazın bu dəfə hazırladığı vegeterian yeməkləri arasında xüsusi reseptlər də təqdim olundu. Konstantin Stolyarov qonaqlara əsl veqan pendirinin necə hazırlanması sirrini açdı. Tədbir boyu aşpazı izləyən və pendiri necə hazırlamasını telefonları ilə çəkən iştirkakçıların bundan sonra mağazadan pendir istehlak edəcəkləri inandırıcı deyil. Çünki, onlar artıq damaq dadlarına uyğun pendirin hazırlanma qaydasını bilirlər.

Tədbirin maraqlı məqamlarından biri də, həyatımızın vazkeçilməz, dadlı təamı şiriniyyatların hazırlanması idi. “Yumurtasız şirniyyat olar?” deyənlərə Konstantinin təqdim etdiyi nümunə isə sözün həqiqi mənasında möcüzəli təam idi.

Master-klasslar bitdikdən sonra iştirakçılar açıq bufetdə təqdim olunann veqan mətbəxinin isti və soyuq yeməklərini daddılar. Pomidor şorbası, mərci pətəsi və təvəzli aş ən bəyənilən təamlar sırasında idi. Peşəkar veqan aşpaz Konstantin bütün yeməkləri ölkəmizdə istehsal edilən Zeytun Bağları yağları ilə hazırlayır. Bakının Dübəndi kəndində istehsal edilən Zeytun Bağları yağları artıq ölkə sərhədlərindən kənarda da tanınır və sevilir . Qatqızısız Zeytun bağları yağları sağlam qidalanan insanların əvəzsiz seçimidir. Ukraynalı aşpaz da veqan mətbəxinin yeməklərini məhz bu yağlarla hazırlayır. Deyir ki, yeməklərinin dadlı alınmasının sirri Azərbaycan təbiətinin sovqatı olan Zetun bağları yağlarındadır:

“ Bəzən olur ki, biz mətbəxdə yemək hazırlayanda əlcəklərdən istifadə edirik. Bu üsulu bəziləri əllərini qorumaq, yeməyin təmiz olması , kimisi də əllərinin tez –tez bulaşmaması üçün seçir. Amma unuduruq ki, əlimizdən yeməyə ötürdüyümüz enerjinin onun dadlı alınmasında xüsusi rolu var. O ki, qaldı əllərinin tez- tez bulaşmasından narahat olanlara, biz bu problemimizi “Aura” kağız məhsullarından olan salfetləri ilə həll etdik. Siz də bizim kimi edə bilərsiniz.”

Tədbirdə o da vurğulandı ki, qlobal problemlər yaşanan dünyada sağlam həyat tərzi sürmək insanı fiziki cəhətdən güclü etməklə bərabər həm də stresdən uzaqlaşdırır. VEGAN BOOM-un qonaqları sonda aşpazla xatirə şəkli çəkdirdilər və təşkilatçılara belə qeyri-adi tədbirlərin gələcəkdə daha sıx təşkil olunmasını arzuladıqlarını bildirdilər.

 

 

 

! © Müəllif hüquqları qorunur ! Məlumatdan istifadə etdikdə istinad mütləqdir ! Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir !!!  

ŞƏRHLƏR :

                

( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİ. Məzmun və qramatik səhvlərə görə redaksiya məsuliyyət daşımır )

 

 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !