Miri Yusif üç günlük solo konserti barədə anons verib -

Miri Yusif üç günlük solo konserti barədə anons verib

 AZpress.AZ xəbər verir ki, Azərbaycan şou-biznesinin superulduzu Miri Yusif şəxsi İnstaqram-bloqunda iyunun əvvəlində Yaşıl Teatrda üç günlük solo konsertinin keçəcəyi barədə xəbər
verib.

Müğənnı İnstaqram səhifəsində yazıb: «Əziz ruh əkizlərim, iyunun 7, 8, 9-da Yaşıl
Teatrda görüşə hazırsınızmı?! Sizin üçün və sizlərlə birlikdə oxumaq üçün çox
darıxmışam».

 

www.instagram.com/p/BuQsKGrnv0A/

 

Bu günə qədər 6 solo albomu çıxmış, bir çox hitlərin nəinki ifaçısı, eyni zamanda,
müəllifi kimi də tanınan Miri «Dəyirman» qrupundakı fəaliyyəti bitdikdən sonra
uğurlu solo karyeraya başlayaraq, şou-biznes «dalğalarında» özünü itirmədi.
Əksinə 2010-cu illərin əsas ulduzuna çevrilməyi bacardı. İlk gündən birgə
addımladığı SS Production şirkəti və özünün kreativ komandasıyla hər ötən il daha
maraqlı layihələrə imza atdı, daha da sevildi və məşhurlaşdı.

 

www.instagram.com/p/BuONb-mlIW4/

 

Qeyd edək ki, keçən il iyul ayında elə həmin Yaşıl Teatrda Miri Yusifin üç günlük
konsertinə bütün biletlər konsertdən çox öncə satılmışdı. Bu fakt bir daha onun
tamaşaçı və dinləyici auditoriyasının miqyasını nümayiş eydirdi. dəstəyi olduqca
yüksək səviyyədədir. Yalnız «ruh əkizlərinin» deyil, şou-biznes peşəkarlarının da
çoxunun fikrinə görə, bu, ilin ən yaxşı konsert şoularından biri idi.

Builki şou isə daha yaddaqalan, daha möhtəşəm olacaq. Bu dəfəki konsertin
proqramı Miri Yusifin pərəstişkarlrına yaxşı tanış olan hitlər əsasında tərtib
ediləcək – onu sevdirən əsərlərin hamısı səslənəcək. Artistin yeni üç günlük

marafonunda tamaşaçıları canlı ifa, ulduz qonaqların iştirakı və bir sıra başqa
sürprizlər gözləyir! Biletlər artıq satışdadır.

 

 

! © Müəllif hüquqları qorunur ! Məlumatdan istifadə etdikdə istinad mütləqdir ! Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir !!!  

ŞƏRHLƏR :

                           

( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİ. Məzmun və qramatik səhvlərə görə redaksiya məsuliyyət daşımır )

                                    

 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !