Rusiya İnformasiya-Mədəniyyət mərkəzində "Rus romansı axşamı" keçirilib - (+FOTOLAR)

Rusiya İnformasiya-Mədəniyyət mərkəzində "Rus romansı axşamı" keçirilib (+FOTOLAR)

 AZpress.AZ xəbər verir ki, 15 fevral 2019-cu il tarixində Rusiya İnformasiya-Mədəniyyət mərkəzində "Rus romansı axşamı" keçirilib. Qeyd edək ki, romans musiqi janrı daha iki yüz il əvvəl yaranmış və musiqisevərlər tərəfindən ən sevimli janra çevrilmişdir.

“Rus romansı axşamı” konsertində Üzeyir Hacıbəyli adına bakı Musiqi Akademiyasının 1-ci kurs tələbələri Leyla Cavadova (fortepiano) və Ruslan Persan (vokal), BMA-nın müəllimi, sənətşünaslıq üzrə fəlsəfə doktoru Alyona İnyakina, Azərbaycanın Əməkdar artisti Rəna Əliyeva çıxış ediblər.

Onların ifasında Şeremetyev"Mənsizi sevirdim”, Кюи "Царскосельская heykəli" (R.Persan və А.İnyakina), S.Raxmaninov "Yuxu" və "Adacıq" (R.Əliyeva və L.Cavadova) romansları səslənib.

Tədbirin sonunda Rusiya İnformasiya-Mədəniyyət Mərkəzinin başçısı V.Denisov konsertin uğurlu keçirilməsi ilə əlaqədar BMA-nın rəhbərliyinə, konsertin bütün iştirakçılarına öz dərin minnətdarlığını bildirərək bütün ifaçılara hədiyyələr təqdim edib.

 

! © Müəllif hüquqları qorunur ! Məlumatdan istifadə etdikdə istinad mütləqdir ! Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir !!!  

ŞƏRHLƏR :

                           

( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİ. Məzmun və qramatik səhvlərə görə redaksiya məsuliyyət daşımır )

 

                                     

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !